Assanc: Çinə qarşı bu addım Trampın sonu olar

Əgər ABŞ Pekinlə ticarət əlaqələrini dayandırsa, Prezident Donald Tramp hakimiyyətdən devriləcək.
Axar.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində “Vikiliks” saytının rəhbəri Culian Assanc paylaşıb.
“Əgər Tramp ABŞ-ın Çinlə olan 650 milyardlıq ticarətinə son qoysa, dərhal devriləcək”, – deyə o bildirib.
Qeyd edək ki, Tramp Şimali Koreya ilə ticarət aparan Çinlə iqtisadi əlaqələri kəsə biləcəyi barədə dünən mesaj vermişdi.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26