Interposta.Info

Donald Tramp

Dünya
 27-01-2017, 16:05     777

Donald Tramp
ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması barədə sərəncam hazırlayıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Politico" nəşrinin köşə yazarı Syuzen Qlasser bir neçə mənbəyə əsaslanaraq "Twitter" hesabında yazıb.

O yazıb ki, bir neçə mənbə sanksiyaların birtərəfli qaydada götürüləcəyin məlumat verib.
Eyni zamanda, "Atlantic Council" (ABŞ) Analitik Mərkəzinin böyük elmi işçisi Fabris Potye də mənbələrə istinadən bu barədə "Twitter" hesabında qeyd edib.

"Mənbələr prezidentin Rusiyaya qarşı sanksiyaların qaldırılması üzrə fərmanının hazır olduğunu bildirib" - o yazıb.

Kremldə isə bu məlumatlardan xəbərdar olmadıqlarını söyləyiblər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26