Interposta.Info

Tramp Rusiya əleyhinə yeni sanksiyaların təxirə salınması barədə göstəriş verib

Dünya
 16-04-2018, 23:56     10 439

ABŞ prezidenti Donald Tramp Rusiya əleyhinə yeni sanksiyaların təxirə salınması barədə göstəriş verib.

"Report" xəbər verir ki, bu barədə "Washington Post" mənbələrə istinadən məlumat yayıb.

Mənbənin məlumatında bildirilir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli xəbər verib. Dövlət başçısı yeni sanksiyaların qəbulunun təxirə salınması barədə bu gün göstəriş verib.

"Tramp milli təhlükəsizlik üzrə müşavirləri ilə məsləhətləşib. Dövlət başçısı deyib ki, sanksiyaların rəsmən elan edilməsindən məyusdur. Çünki o özü sanksiyaların tətbiq edilməsində əminlik hiss etmir", - deyə mənbə bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26