Interposta.Info

Tramp qanunsuz miqrantları deportasiya etməyə çağırdı! – Məhkəməyə cəlb etmədən…

Dünya
 27-06-2018, 21:14     10 328

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp bütün qanunsuz miqrantları məhkəmə işi açmadan, məhkəməyə cəlb olunmadan, ölkədən deportasiya etməyə çağırıb

«Biz, bütün bu insanlara ölkəmizə soxulmağa imkan verə bilmərik. Kimlər isə gələndə biz, ləngimədən, məhkəməsiz-filansız onları gəldikləri yerə göndərməliyik. Bizim sistem yaxşı immiqrasiya siyasətini, qanunlarını və qaydalarını ələ salmaqdır» – deyə, Tramp öz «Tvitter»ində yazıb.

Onun sözlərinə görə, «bütn dünya» ABŞ-ın immiqrasiya siyasətinə «gülür» və bu siyasət qanuni yolla sistemi aşaraq gəlmiş, illərlə növbədə gözləyən insanlara qarşı ədalətsizlikdir. «İmmiqrasiya – xidmətə əsaslanmalıdır, bizə elə insanlar lazımdır ki, Amerikanı yenidən böyük etməyə yardımçı ola bilsinlər» – deyə, Prezident bəyan edib.

Bundan əvvəl xəbər verilmişdi ki, apreldən üzübəri reallaşan sərhədi qanunsuz keçməyə «sıfır dözümsüzlük» siyasəti nəticəsində 2,3 min uşaq valideynlərindən ayrı düşüb və indiyə qədər onlardan ayrı saxlanır ki, bu da ictimaiyyət arasında hiddətə səbəb olub.

Xəbər verildiyi kimi, ictimaiyyətin təzyiqi altında, iyunun 20-də Tramp yeni miqrasiya fərmanı imzalayıb. Bu sənəd, qanunsuz miqrantlar saxlanılan zaman uşaqları valideynlərindən ayırmamağı nəzərdə tutur. Ancaq indiki halda hələ də məlum deyil ki, ailələrin birləşməsi necə baş verəcək və onlar harada saxlanılacaq.

«New York Times» nəşrinin məlumatına görə, fərmana baxmayaraq, ABŞ Səhiyyə Nazirliyi (SN) və Pentaqon 20 min miqrant-uşağın vadideynləri tərəfindən müşayiət olunmadan saxlanması üçün hərbi bazalarda xüsusi yaşayış yerləri hazırlayırlar.

Şübhəsiz ki, bu da bir naqis eksperimentdir…

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26