Interposta.Info

Makron İspaniya Baş nazirini də karantinə "saldırdı"

Siyasət
 17-12-2020, 16:00     638

Bir qədər əvvəl Fransa Prezidenti Emmanuel Makronla görüşən İspaniya Baş naziri Pedro Sançes dekabrın 24-dək karantində olacaq və yaxın bir neçə günə planlaşdırılan bütün fəaliyyətləri ləğv ediləcək.

Qaynarinfo xəbər verir ki, bu haqda İspaniya hökumətinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, bundan əvvəl Yelisey Sarayının mətbuat xidməti Makronun koronavirus testinin müsbət çıxdığını, bundan sonra 7 günlük özünütəcridə keçəcəyini bildirmişdi. Bu müddət ərzində o məsafədən fəaliyyət göstərəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26