Interposta.Info

Erməni silahlıları ərazilərimizdən çıxmasalar... – Hərbi ekspert

Siyasət / Paradoks
 18-11-2020, 14:57     1 144


"Erməni silahlı birləşmələri silahı yerə qoymaq istəmirlər”.

"İnterPosta"nın məlumatına görə, bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli 3 ölkə arasında bağlanan sazişə görə, noyabrın 20-dək erməni hərbi birləşmələrinin Ağdam şəhərini tərk etməsindən danışarkən deyib. Ekspert ermənilərin həmin ərazidən çıxmaq istəmədiyini bildirib:

"Bu barədə Rusiya mətbuatı yazıb. Belə faktlar var. Ermənilərdə narazılıq və narahatlıq var. İstənilən halda ermənilərin həmin əraziləri tərk etməsi ilə bağlı artıq qərar var və onun icra edilməsi prosesinə də Rusiya cavabdehdir”.

Ramil Məmmədli onu da əlavə edib ki, Rusiya erməni hərbi birləşmələrinin ərazidən çıxmasını təmin etməlidir:

"Əks təqdirdə Rusiya öhdəliyi yerinə yetirməmiş olacaq və Rusiya prezidentinin vermiş olduğu qərar da kağız üzərində olacaq. Nəticədə Azərbaycan ordusu həmin ərazilərin təmizlənməsi ilə bağlı yenidən hərbi əməliyyat keçirmək məcburiyyətində qalacaq”.

Ekspert hesab edir ki, istəlinən halda ermənilərin dekabrın 1-nə kimi Azərbaycan ərazisini tərk etməsi ilə bağlı prosesi izləməkdən başqa yol qalmayıb:
"Erməni dövlətinə etibar olmadığından onların əraziləri boşaltması ilə bağlı istisna hallar var. Amma başqa yolları yoxdur, ərazini tərk etməlidirlər”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26