Interposta.Info

Türkiyədə bəziləri israrla bizi öz dayaz sularına çəkməyə çalışır.

Siyasət
 17-09-2020, 16:11     613

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Müxalifət soruşur ki, Türkiyə niyə Şərqi Aralıqda, Qafqazda, Afrikada, Balkan yarımadasında, Orta Asiyada mövcuddur? Əsasən də Türkiyənin bu bölgələrdə nə üçün mübarizə apardığını soruşurlar. İndi də onların haqlı ola biləcəyini ehtimal edək, sualları tərsinə yönəldək və Türkiyə mübarizə aparmasa, nələrin yaşanacağını məntiqlə fikirləşək.

Türkiyə Suriyadan çıxsa, ölkə azadlığına qovuşacaq? İraqın şimalı terrorçulardan təmizlənəcək? Türkiyə baş verənlərə arxasını çevirsə, Liviyada qiyamçılar yerlərinə çəkiləcək? Türkiyə hər şeydən imtina etsə, Fransa səriştəsiz siyasətindən imtina edəcək? Bunlara “hə” deyilərsə, izlədiyimiz siyasəti nəzərdən keçirərik”, - Ərdoğan bildirib./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26