Interposta.Info

Əli Həsənov: Hədəf daha qüdrətli, daha rifahlı Azərbaycandır!

Siyasət
 28-11-2019, 12:09     319

"İnterPosta.info" xəbər verir ki, Prezident İlham Əliyevin Sumqayıtda və BDU-nun yubileyində etdiyi çıxışlar haqda bəzi qeydlər

Azərbaycan Prezidentinin son iki çıxışının əsas yekunu budur: uğurlarımız faktdır, lakin dayanmaq olmaz, biz daha qüdrətli, daha rifahlı bir Azərbaycan qurmalıyıq. Bu hədəfə doğru irəliləyərkən keçmiş illərin nə uğurlu səhifələrini, nə də ki, acı xatirələrini; nə ölkəni idarə edənlərin uğurlarını, nə də səriştəsiziliklərini; nə siyasi qətiyyətin nəticələrini, nə də səhlənkarlıqların fəsadlarını unutmamalıyıq. Qarşıdan gələn müddətdə milli tariximizin bütün dərslərini və yaşana biləcək fəsadları göz önünə almalı, ümum-Azərbaycan məsələlərində dövlətçiliyə xidmət edənləri də, düşmənlərimizlə bir sırada yer alanları da, belələrindən qəhrəman düzəldənləri də yaxşı tanımalıyıq. Biz- Azərbaycanın inkişafına məsul olan iqtidar komandası dövlətçiliyimizin və milli maraqlarımızın ətrafında daha sıx birləşərək, bu yolda heç bir təxribatçı fəaliyyətə, komanda oyununa xələl gətirmə istiqamətindəki əyintilərə imkan verməyəcəyik.

Hörmətli oxucuların diqqətinə çatdırmaq istəyirəm ki, uzun müddətdir hakimiyyət təmsilçiləri iqtidarla yanaşı müxalifətdə də kadr və təşkilatı islahatların vacibliyi haqqında çıxışlar edirdi, 25-30 ildir ki, eyni liderlərin rəhbərlik etdiyi ənənəvi müxalifətin yenilənməsi ilə bağlı müzakirələr aparırdı. Təəssüf ki, müzakirələrə qatılmaq əvəzinə əks tərəfdən yalnız anlaşılmaz və inkarçı münasibət görürük. Nə gizlədək, bəzən iqtidar komandasında da belə müzakirələrə könülsüz qoşulanlar tapılırdı. Cənab Prezident Bakı Dövlət Universitetinin 100 illik yubileyindəki çıxışında bu mövzuya toxunaraq vurğuladı ki, Azərbaycanın müxalifət düşərgəsində bu gün ciddi bir boşluq yaranıbdır, ölkədə sağlam müxalifətin yaranmasına, dövlətçiliyə sadiq, xalqa bağlı olan, doğrudan da konstruktiv təkliflər verə bilən, hakimiyyəti konstruktiv formada tənqid edən, alternativ inkişaf yolları göstərən müxalifət yaranarsa, biz buna yalnız sevinərik. Cənab Prezidentin Sumqayıtda və BDU-nun yubileyində etdiyi çıxışlardakı fikirləri, ritorikası, səsləndirdiyi qətiyyətli çağırışlar, düşünürəm ki, həm sağlam əqidəli opponentlərimizə, həm hər iki düşərgənin islahat müəlliflərinə, həm də bu istiqamətdəki müzakirələrə könülsüz qoşulan siyasətşünaslara ciddi düşünmək üçün xeyli mövzu verir. Hesab edirəm ki, cənab Prezidentin son iki tədbirdəki çıxışları iqtidar komandasının hər bir üzvü və mövcud hakimiyyətin aktiv dəstəkçiləri üçün master-klass sayıla bilər.
Çıxışlarda vurğulanan əsas məqamlar haqqında bir qədər təfsilata varmaq istəyirəm:
1. Azərbaycan Prezidentinin çıxışlarında vurğulanan və əsaslandırılan əsas fikirlərdən biri ondan ibarət idi ki, bugünkü Azərbaycan Heydər Əliyevin 1969-cu ildən başlanan və ardıcıl şəkildə həyata keçirdiyi məqsədyönlü fəaliyyətinin nəticəsidir. Keçən əlli ildə Azərbaycanın geridə qalmış aqrar respublikadan inkişaf etmiş sənaye və kənd təsərrüfatı ölkəsinə çevrilməsi, ictimai-siyasi və mədəni həyatın bütün sahələrində hərtərəfli inkişaf etməsi, ölkənin milli maraqlarının təmin edilməsi, SSRİ-nin aparıcı respublikalardan, hazırda isə regionun aparıcı dövlətlərindən birinə çevrilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Heydər Əliyevin respublikamızdakı ilk hakimiyyəti illərində Azərbaycanda ali məktəblərin və ali məktəb məzunlarının ümum əhali sayına nisbəti kəskin şəkildə artaraq inkişaf etmiş Qərb dövlətlərinin göstəricilərinə yaxınlaşmışdı. Azərbaycan ədəbiyyatının, incəsənətinin, mədəniyyətinin, elminin, təhsilinin, səhiyyəsinin sovet hakimiyyəti illəri ərzində ən gözəl nəticələri və qiymətləndirilməsi də məhz bu dövrə təsadüf edirdi. Prezidentin bu fikirləri ilə mübahisə etmək mümkünsüzdür: Heydər Əliyevin yaratdığı güclü kadr potensialı bu gün də ölkəmizin, müstəqil dövlətimizin uğurlu inkişafını təmin edir.
Bu illərdə respublikada 10-larla elm, mədəniyyət ocaqları inşa olunmuş, onları təmsil edən xadimlər respublikanın və Sovet İttifaqının ali mükafatları və fəxri adları ilə təltif edilmiş, Azərbaycan mədəniyyətin uğurları Sovet İttifaqının hüdudlarını aşaraq dünya miqyasına çıxmışdır. Prezidentin qeyd etdiyi kimi, “ Heydər Əliyevin rəhbərliyi dövründə- 13 il ərzində Azərbaycan hər il “Qırmızı keçici bayraq” alıbdı. Bu, bir daha onu təsdiq edir ki, onun rəhbərliyi ilə Azərbaycan böyük və uğurlu yol keçmişdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayanda respublikamız SSRİ-də ən sonuncu yerlərdə idi. Lakin O, Azərbaycanı böyük inkişafa qovuşduraraq ən qabaqcıl yerlərə qədər ucaltdı”.
Heydər Əliyevin birinci hakimiyyəti illərində həm də ölkənin iqtisadi inkişaf trendləri düzgün təhlil edilərək SSRİ-nin xammal əlavəsi statusundan çıxması və yerli sənaye müəssisələrinin inkişafı istiqamətində ciddi addımlar atılmışdı. Bununla yanaşı, Azərbaycanın müsbət demoqrafik göstəricilərinin saxlanması və daha da yaxşılaşması istiqamətində artan digər addımlar- əhalinin məşğulluğunu təmin etmək məqsədilə respublika

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26