Interposta.Info

Azərbaycan prezidentliyinə keçmiş namizəd İlham Əliyevi dəstəkləyəcək

Siyasət
 27-02-2018, 22:51     10 518

2016-cı ilin Referendumundan öncə yaratdığımız Müstəqil Ekspert Qrupunun üzvləri ölkəmizdəki inkişaf, sabitlik və əmin-amanlıq proseslərini, regionumuzda və dünyada cərəyan edən siyasi və iqtisadi prosesləri, Ermənistan-Azərbaycan münaqişəsini, Azərbaycanda mövcud olan məmur və vətəndaş münasibətlərini ciddi müzakirə və analiz edərək yekdilliklə bəyan edir:
Ölkəmizdəki davamlı inkişafın müəllifi və ali icraçısı İlham Əliyevdir!
İlham Əliyev Azərbaycanı sabitlik adasına çevirib!
İlham Əliyev Azərbaycanda sabitlik və əmin-amanlıq yaradıb!
İlham Əliyev Azərbaycanı dünyada baş verən iqtisadi böhranlardan məharətlə və daha az itkilərlə çıxara bilir!
İlham Əliyev Azərbaycanı Avropanın enerji təminatçısı olan ölkələrin sırasına yüksəldib!
İlham Əliyev regionumuzda və dünyada söz sahibi olan bir dünya lideridir!
İlham Əliyev Azərbaycanın qüdrətli ordusunu yaradıb!
İlham Əliyev Azərbaycan ordusunu dünyanın güclü ordularının səviyyəsinə yüksəldib!
İlham Əliyev böyük diplomatdı, o Azərbaycan və dünya iqtisadiyyatını mükəmməl bilən dövlət başçısıdır!
İlham Əliyev Azərbaycanın qeyri-neft sektorunu yaradıb, bu sahənin inkişafına davamlı və böyük töhfələr verir!
İlham Əliyevin yaratdığı güclü Azərbaycan ordusu torpaqlarımızı azad edəcək!
İlham Əliyev Azərbaycanda mövcud olan məmur və vətəndaş münasibətlərini həll etməyə qadir olan yeganə şəxsiyyətdi!
Dediklərimizə istinadla bəyan edirik ki, bu gün Azərbaycanda İlham Əliyevin prezident olmasına böyük ehtiyac var və İlham Əliyevdən başqa hər hansı digər məmurun, müxalifətçinin və ya bitərəf bir ictimai-siyasi xadimin prezident olması ölkəmizdə siyasi və iqtisadi böhranlar və digər kataklizmlər yarada bilər.
Ona görə də Müstəqil Ekspert Qrupumuz bu ilki seçkilərdə yenə Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcək!


Prof.Dr. Qüdrət İsaqov
2008 və 2013-cü illərdə
Azərbaycan Respublikası Prezidentliyinə namizəd,
Müstəqil Ekspert Qrupunun rəhbəri,
Avropa Təbiət Elmləri Akademiyasının akademiki

interposta.info


Azərbaycan prezidentliyinə keçmiş namizəd İlham Əliyevi dəstəkləyəcək
Azərbaycan prezidentliyinə keçmiş namizəd İlham Əliyevi dəstəkləyəcək

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26