Prezident İlham Əliyev:
"Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirib, ölkəmizdə təhlükəsizlik tədbirləri təmin edilib, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayıb və yaşayır. Ölkəmizdə sabitliyin mənbəyi xalqımızın iradəsidir, xalqımızın seçimidir. Bu gün ölkəmiz dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdən biridir".
"Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Təhlükəsizliklə bağlı məsələlərdən danışan dövlət başçısı regionda və dünyada gedən proseslərə toxub:
"2016-cı ili təhlil edərkən əlbəttə ki, biz regionda və dünyada gedən prosesləri nəzərə almalıyıq. 2016-cı ildə dünyada və yaşadığımız regionda təhlükələr, risklər, təhdidlər artmış, qanlı münaqişələr, müharibələr davam etmiş, yeni münaqişə ocaqları yaranıb. Bir sözlə, yaşadığımız bölgədə sabitlik pozulub və iqtisadi inkişafla bağlı vəziyyət ağırlaşıb. 2016-cı ildə dünyanın müxtəlif yerlərində təhlükəli proseslər müşahidə olunurdu. Avropada miqrantlar böhranı dərinləşib, MDB məkanında gedən proseslər narahatlıq doğururdu. Yaşadığımız bölgədə və Yaxın Şərqdə, qeyd etdiyim kimi, qanlı toqquşmalar, müharibələr, terror aktları, əfsuslar olsun ki, bölgədəki sabitliyə çox böyük zərbə vurub.
Prezident bildirib ki, "dünyada və bölgədə gedən təhlükəli proseslərə fikir verərkən bir daha görürük ki, Azərbaycan öz yoluna sadiqdir, müstəqillik, inkişaf yolu ilə gedir və biz çalışmışıq və çalışacağıq bundan sonra da ölkəmizi, xalqımızı mümkün olan risklərdən qoruyaq, öz müstəqil yolumuzu təmin edək. Artıq tarix və ətrafda baş verən hadisələr göstərir ki, bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bu, müstəqillik yoludur, sabitlik, inkişaf yoludur".
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26