Interposta.Info

ABŞ Almaniyanı Rusiya ilə bağlı siyasətində riyakar davranmaqda suçladı

Siyasət
 13-06-2019, 16:22     10 355

ABŞ prezidenti Donald Tramp polşalı həmkarı Ancey Duda ilə görüşdə Almaniyanı riyakar siyasət yürütməkdə ittiham edib.

ABŞ lideri bununla əlaəqdar Almaniyadakı amerikalı hərbçilərin bir qisminin Polşaya köçürülməsinə qərar verdiyini söyləyib. Gedən danışıqlarda ABŞ ordusunu 2 min əsgərinin Polşada yerləşdirilməsi müzakirə olunub.

Donald Tramp yenə də Federativ Almaniyanın müdafiəyə olduqca az diqqət və büdcə ayırmasından şikayətlənib. O. Almaniya tərəfini NATO ilə bağlı öhdəliklərini yerinə yetirmədiyini bildirib.

Qeyd olunur ki, hələ 2014-cü ild NATO-ya üzv olan hər bir ölkənin ümumdaxil məhsulun (ÜDM) 2%-n hərbi xərclərə ayrılması barədə razılıq əldə olunub.

Almaniya hökuməti isə 2024-cü ilə qədər hərbi məsrəfləri 1,5%-ə qədər artıra biləcəyini bəyan edib.

Bundan başqa, rəsmi Vaşinqton Berlini “Şimal axını-2” qaz kəmər layihəsinə görə sərt şəkildə qınayır.

“Biz Almaniyanı Rusiyadan qoruyuruq, Rusiya isə almanlardan milyardlarla dollar gəlir götürür”,-deyə D. Tramp narazılığını dilə gətirib.

ABŞ prezidenti buna görə hətta sanksiyaların tətbiq edilməsi barədə düşündüyünü və bu gedişatla Almaniyanın Rusiyanın girovuna çevriləcəyini bildirib./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26