Interposta.Info

Tramp Almaniyanı niyə “qaralayıb” – dünya mediası bu suala cavab axtarır

Siyasət
 1-06-2017, 22:03     685

“ABŞ prezidenti Rusiya və Səudiyyə Ərəbistanı tənqid etmək yerinə hər yanda Almaniyanın arxasınca danışır”

Son həftələrdə ABŞ prezidenti Donald Trampın işi-gücü ancaq Almaniyanı tənqid etməklə keçib. Tramp gah Almaniyanın müdafiə xərclərini tənqid edir, gah da onun ticarət balansındakı üstün mövqedə olmasına əsəbiləşir.

The Washington Post qəzetinin müxbiri Rik Noakın məqaləsi bu mövzu üzərindədir.

“Trampın seçkiqabağı çıxışlarının hədəfi olan almanlar prezidentin niyə məhz onları “qaralaması”ndan olduqca qəzəblidirlər. Onlar müttəfiq bir ölkə başçısının Almaniya haqqında sanki insan haqlarını kütləvi surətdə pozan dövlət olaraq bəhs etməsini anlaya bilmirlər”, məqalədə deyilir.

“Avropalılar düşünür ki, Tramp onlara Rusiya və Səudiyyə Ərəbistanından daha pis münasibət göstərir”, Regensburq Universitetinin (Bavariya-red.) transatlantik münasibətlər üzrə eksperti Ştefan Birlinq məqalə müəllifinə bildirib.

“Daima söylədiyi sözləri həmişə ehtiyatla seçən, lakin son dövrlərdə Trampın Almaniyaya qarşı hücumları ilə toqquşan Merkel isə artıq iki ölkə arasında münasibətlərin gərginləşdiyini daha açıq dillə ifadə etməyə başlayıb”, - məqalədə qeyd olunur.

Buna rəğmən alman mütəxəssislər kansleri hələ də təmkin olmağa dəvət edirlər.
Tramp Almaniyanı niyə “qaralayıb” – dünya mediası bu suala cavab axtarır


“Merkel özü ilə Tramp arasında məsafə saxlamağı bacarmalıdır. Lakin Almaniya hələ də Birləşmiş Ştartlardan, xüsusilə onun ordusundan olduqca asılı vəziyyətdədir. Almaniya istəsə də, istəməsə də ABŞ-la əməkdaşlığa məhkumdur”, məqalədə Kil Universitetinin professoru Marsel Dirsusun fikirlərinə yer verilib.

Trampın Qərbdəki müttəfiqlərinə bu cür ehtiyatsız və etinasız davranışı Britaniyanın Financial Times qəzetinin yazarı Martin Vulfun da yazısının əsas mövzusunu təşkil edib.

“Donald Tramp cəmi dörd aydır ki, ABŞ-ı idarə edir. Lakin indidən onun prezidentliyinin nəyə gətirib çıxaracağını hələ heç kim bilmir. O, bizlərin ABŞ haqqındakı bütün təsəvvürlərimizi dəyişir. Biz Amerika tərəfindən qurulan dünyada yaşayırıq. İndi yeni rəhbərlik onu dağıtmaqla məşğuldur”, - məqalədə yazılıb.

Məqalə müəllifi ABŞ-ın dünya lideri rolunu üzərindən atması ilə bu funksiyanın başqa böyük, lakin anti-demokratik və aqressiv dövlətlər tərəfindən həvəslə qəbul edilə bilməsi ehtimalına toxunub:

“Hər cür xeyirxah hisslərdən, qabiliyyət, bilik və təcrübədən məhrum olan bu adamın seçilməsi demokratik sistemin cazibəliyinə böyük zərər vurub. Artıq digər ölkələr ABŞ-a deyil, gündən günə böyüyən Çinlə yaxınlaşmaq barədə fikirləşirlər. Tramp öz ölkəsini Sakit Okean Əməkdaşlığı təşkilatından çıxarmaqla bütün ticarət meydanını Çinin liderliyinə təslim etsin. Artıq ABŞ rəhbərliyində olan dünya düzəninin sonu gəlmək üzrədir”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26