Interposta.Info

ABŞ İranı xüsusi silahla vurdu – Alimdən şok

Siyasət
 27-03-2019, 15:51     10 347

Son günlər İranın Türkmənsəhra və Şiraz bölgələrini cənginə alan dağıdıcı sel fəlakəti 60-a yaxın insanın həyatına son qoyub. Bununla yanaşı, Türkiyənin Şırnak vilayətinə yağan şiddətli yağış da sel və daşqınlara səbəb olub. Həmçinin yaxın günlərdə Türkiyədə hava şəraitinin kəskin dəyişəcəyi, şaxtalı olacağı və bəzi ərazilərdə yolların buz bağlayacağı açıqlanıb.

Bəs yaz aylarında regionumuzda baş verən bu gözlənilməz təbii fəlakətlər, anomal hava şəraitinin Azərbaycana təsiri olacaqmı?

İnterPosta.info-nun məlumatına görə, bu barədə axar.az-a danışan ekoloq Telman Zeynalov bildirib ki, sözügedən ölkələrdə təbii fəlakətlər supergüclər tərəfindən qəsdən, planlı şəkildə törədilir:

“Bu hadisələr süni şəkildə törədilsə də, bizə təsir edir. Bax, mart ayının sonu olmasına baxmayaraq, insanlar hələ də paltoda gəzir, temperatur aşağıdır. Gözlənilməz bir təbiət hadisəsi baş verən kimi deyirlər, qlobal istiləşmədir. Bunu əsaslandırmaq lazımdır. Nə qədər bu çirkin oyunları oynamaq olar?! Supergüclər başqa dövlətləri vurmaq, iqtisadi cəhətdən özlərindən asılı hala salmaq üçün belə yollara əl atırlar. İqlim vasitəsilə süni şəkildə qar, yağış şaxta yaradaraq, ölkələri viran qoyurlar”.

Ekoloq ABŞ-ın İranı çətin vəziyyətə salmaq üçün xüsusi silahlar vasitəsilə belə fəlakətlər törətdiyini bildirib:

“Son günlər İranda baş verən sel və daşqınlar təbiət hadisəsi deyil, süni şəkildə törədilib. ABŞ xüsusi silahlardan istifadə edir və buxarlanma vasitəsilə buludları İran üzərində toplayaraq, şiddətli yağışların yağmasına səbəb olur. Bir sutka ərzində yağışın həcmi normadan qat-qat artıq olur, sel qarşısına nə çıxırsa, dağıdır. Bütün bunlar qəsdən törədilir. ABŞ İranla problemlərini hərbi yolla həll etməkdən qorxduğu üçün iqlim yolu ilə həll edir.

Adətən belə “təbiət” hadisələri insan tələfatı, ərzaq qıtlığı, qiymət artımı, ərazidə yaşayan əhalinin narazılığı ilə nəticələnir. Belə “təbii fəlakətlər” təkcə İranda deyil, Avropada da törədilir. Hansı ölkələr ABŞ-ın yeritdiyi siyasətdən narazıdırsa, qəsdən təbiət hadisələri törədilir.

Nə qədər iqlim silahının varlığını inkar etsələr də, belə bir şey mövcuddur. Bu silahlar Alyaska, Norveç, İsveç, İngiltərə və Kanadada yerləşdirilib”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26