Interposta.Info

Hava kəskin soyudu: Bu gün Bakıya qar yağacaq

Ölkə
 24-12-2020, 11:27     439

Dünəndən başlayan yağışlı hava şəraiti hələ də davam edir.

"İnterPosta" xəbər verir ki, hazırda paytaxt Bakıya şiddətli yağış yağır. Hava şəraitinin kəskin pisləşəcəyi haqda Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Bildirilir ki, dekabrın 25-i səhərədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Dekabrın 24-ü axşamdan 25-i səhərədək şəhərətrafı ərazilərdə yağıntının sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyinin sürəti 15-18 m/s, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Dekabrın 23-dən 25-i səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26