Interposta.Info

Qeyri-sabit hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq

 

Ölkə
 22-12-2021, 14:29     20 942

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava şəraitinin qeyri-sabit keçəcəyi barədə növbəti dəfə xəbərdarlıq yayıb.

Xidmətdən "İnterPosta"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında qısamüddətli fasilədən sonra havanın dekabrın 25-dək arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara, nisbətən yüksək ərazilərdə qara keçəcəyi gözlənilir.

Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin 15-18 m/s, dekabrın 23-də arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək.

Azərbaycanın rayonlarında dekabrın 25-dək ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntının intensiv və güclü olacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26