Interposta.Info

Qeyri-sabit hava şəraiti may ayının 15-ə kimi davam edəcək

Müxtəlif
 10-05-2018, 13:20     10 422

Azərbaycan ərazisində növbəti günlərdə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Qaynarinfo xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova "Report”a açıqlamasında hazırda bəzi rayonlarda qeyri-sabit hava şəraitinin müşahidə olunduğunu deyib: "Qeyri-sabit hava şəraitinin may ayının 15-dək davam edəcəyi gözlənilir. Rayonlarda şimşək çaxacaq, arabir yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq".

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında da hava şəraiti dəyişkən buludlu olacaq: "Səhər saatlarında yarımadanın bəzi yerlərində çiskin olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu 20-25 dərəcə arası dəyişəcəyi gözlənilir".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26