Interposta.Info

Ermənistanda gizli ABŞ laboratoriyası - Ermənistan cəzalanacaqmı?

Siyasət
 13-06-2018, 00:06     10 379

Politoloq: “Rusiyanın təzyiqlərinə rəğmən inanmıram ki, ermənilər amerikalıların işlətdiyi bioloji laboratoriyaya rusları buraxsınlar”

“Balanslı siyasət Ermənistanın etdiklərinə deyərlər. Lakin belə siyasətin sonuda çox acı olur”.

"XeberBiz" xəbər verir ki, bu fikirləri politoloq Əhəd Məmmədli ABŞ-ın Ermənistanda biolojo laboratoriyasının fəaliyyət göstərməsi məsələsini Pia.az-a şərh edərkən qeyd edib.

Bu yaxınlarda məlum olub ki, ABŞ-ın Ermənistanda biolojo laboratoriyası fəaliyyət göstərir. Moskva isə Ermənistan ərazisində ABŞ-ın bioloji laboratoriyasının fəaliyyət göstərməsindən və Qazaxıstanın ABŞ Müdafiə Nazirliyinə hərbi yükləri Xəzər limanlarından daşımaq üçün infrastruktur yaratmağa icazə verməsindən bərk narazıdır. Məsələ iyunun 11-də Alma-Atada KTMT xarici işlər nazirlərinin toplantısı zamanı Rusiya xarici işlər naziri Sergey Lavrov tərəfindən qaldırılıb. Bu barədə Rusiyanın “Kommersant” qəzeti yazıb.

Qəzetin yazdığına görə Sergey Lavrov bildirib ki, KTMT xarici işlər nazirlərinin toplantısı zamanı bildirib ki, təşkilat daxilində münaqişəli vəziyyət isə Ermənistan ərazisində ABŞ-ın maliyyə dəstəyi ilə açılan bioloji laboratoriya ilə və Qazaxıstaın ABŞ-ı Xəzər dənizinə buraxması ilə bağlıdır. Ermənstandakı bioloji laboratoriya ilə nazir qeyd edib ki, “Bizim xüsusi xidmətlər və alimlər həmin laboratoriyalarla bağlı gərgindir və narahatdır. Onlar niyə bu laboratoriyaları Qərbi Avropa ölkələrində açmır?”- deyə rusiyalı diplomat etirazını dilə gətirib.

Hazırda isə erməni mətbuatının yazdığına görə Moskva Ermənistandakı bioloji laboratoriyaya çıxış əldə etmək istəyir. Məlumata görə hətta Yerevanla bioloji tədqiqatlar sahəsində əməkdaşlığa dair ayrıca sənədin imzalanması nəzərdə tutulur.

Bu hadisə Rusiya ilə ABŞ arasında növbəti qarşıdurmaya səbə ola bilərmi və Rusiyadan gizlin öz ərazisində ABŞ-ın hərbi obyektini açan Ermənistanın Rusiya tərəfindən cəzalandırılması gözləniləndirmi?

Ermənistanda gizli ABŞ laboratoriyası - Ermənistan cəzalanacaqmı?

Əhəd Məmmədli: “Ermənistan eyni anda bir neçə ağasına qulluq etmək istəyir. Və bunu da ruslarda amerikalılar da görür”.

Rusiya Ermənistanı Azərbaycanın əli ilə cəzalandıra bilərcəyini düşünən politoloq Əhəd Məmmədli qeyd edib ki, bu situasiyada bizə tam sərf edir. Sadəcə Azərbaycan bu situasiyadan öz xeyrinə yararlanmağa çalışmalıdır və artıq bunun vaxtıdır:

“Görürsünüz ermənilər necə oynayır. Əsl erməni xisləti. 20-ci əsrin əvvəlində də, elə oynayırdılar və oyunları başlarında çatladı. 100 il sonrada erməni eyni xislətindən geri qalmır. Görünür tarix bu “qədim” xalqa heç nəyi öyrətmədi. Bax balanslı siyasət Ermənistanın etdiklərinə deyərlər. Lakin belə siyasətin sonuda çox acı olur.

Rusiyanın təzyiqlərinə rəğmən inanmıram ki, ermənilər amerikalıların işlətdiyi bioloji laboratoriyaya rusları buraxsınlar. Bu mümkün deyil. Çünkü amerikalılar bunu ermənilərə etməyə icazə verməz.

Ermənistan eyni anda bir neçə ağasına qulluq etmək istəyir. Və bunu da ruslarda amerikalılar da görür. Və bu vəziyyət həmişə davam edə bilməz. Ona görədə inqilabdan sonra gərqinləşən Rusiya-Ermənistan münasibətlərini Azərbaycan dahada qızışdırmalıdır. Bunu Azərbaycan bacarsa, ki, artıq bacarmalıdır, onda bizim üçün çox yaxın zamanlarda torpaqlarımızı qaytarmaq üçün tarixi şans yaranacaq.

Rusiya Ermənistanı Azərbaycanın əli ilə cəzalandıra bilər. Və bu situasiyada bizə tam sərf edir. adəcə Azərbaycan bu situasiyadan öz xeyrinə yararlanmağa çalışmalıdır və artıq bunun vaxtıdır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26