Interposta.Info

Moskva bilir ki, bu gedişat savaşa aparır –

Siyasət
 1-02-2017, 09:44     683

Moskva bilir ki, bu gedişat savaşa aparır –
Moskva çox yaxşı bilir ki, bu cür gedişatın sonu lokal müharibə və müəyyən hərbi əməliyyatlarla nəticələnə bilər.

interposta.info
bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspert bildirib ki, artıq ATƏT-in Minsk Qrupu həmsədrlərinin deklarativ çıxışlarının vaxtı bitib:

“Çünki Ermənistan çox gözlədi ki, Trampın seçilməsindən xarici siyasətdə, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müəyyən dəyişikliklər olacaq, ancaq bu, baş vermədi. Lavrovun son açıqlaması isə rezonans doğurdu. Məhz bundan sonra müəyyən detallara aydınlıq gətirmək üçün Azərbaycan və Rusiya xarici işlər nazirləri münaqişənin həllində müəyyən addımların atılması ilə bağlı bir araya gəldilər. Bu gün Azərbaycan hərtərəfli sülh danışıqlarına hazırdır. Lakin İrəvan bundan boyun qaçırır. Ermənistanda müəyyən siyasi problemlər yaşanır. Birincisi, seçki platformasında yerdəyişmə olmalıdır. Bu arada, Rusiyanın Ermənistandakı seçkilərə müdaxilə edəcəyi istisna edilmir.

İkincisi, KTMT-yə erməni rəhbərin gətirilməsi məsələsi hələ də çözülməmiş qalır”.

Ekspert hazırkı dönəmdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü labüd sayır:

“Moskva çox yaxşı bilir ki, bu cür gedişatın sonu lokal müharibə və müəyyən hərbi əməliyyatlarla nəticələnə bilər. Məlumdur ki, Ermənistanın danışıqlardan yayınması erməni siyasi elitasında birmənalı qarşılanmır və bunun sonunun acınacaqlı qurtaracağı indidən məlumdur”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26