Interposta.Info

Sərkisyan Qarabağda təxribata hazırlaşır:

Siyasət
 22-04-2017, 10:45     517

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət xeyli dəyişib və ona görə də hərtərəfli hazır olmaq lazımdır.

interposta.info
xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə, hərbi təlimlərin keçirilməsi və bu yöndə atılan addımlar mübət hal kimi qiymətləndirilməlidir:

“Dağlıq Qarabağ münaqişəsinin həllində ən mühüm rolu Rusiya oynamalıdır. Qərbin də açıq tələbi o oldu ki, SSRİ-nin varisi kimi Rusiyanın münaqişənin həllini öz üzərinə götürməməsi çox təhlükəli tendensiyaya çevrilə bilər. Rusiya müharibə ocaqlarının söndürülməsində birbaşa iştirak etməlidir. Ancaq Moskvanın xeyir-duası ilə dolayı yolla Serj Sərkisyanın müharibə partiyası yenidən hakimiyyəti zəbt etdi. Məlum məsələdir ki, status-kvonu uzatmağa çalışacaqlar. Bu isə məsələnin həlli üçün yaranmış əlverişli şəraiti və müsbət addımların atılmasını əngəlləyə bilər”.

Politoloq bildirib ki, Rusiya münaqişənin müsbət həllində maraqlı olmalıdır, çünki bu gün regionda iqtisadi, siyasi və daşınmalar planında Qərb üçün ən mühüm dövlətlərdən biri Azərbaycandır:

“Bu mənada hesab edirəm ki, Qərbin tələbləri və Rusiyanın atdığı addımlar məsələnin həlli istiqamətinə yönəlməlidir. Ermənistana gəldikdə, son parlament seçkiləri göstərdi ki, İrəvan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə razılıq verməyəcək. Qarşıdan yay fəslinin gəlməsi Qarabağda müharibə ehtimalını daha da artırır. Azərbaycan Ordusu ermənilər tərəfindən hər cür təxribatlara qarşı tam ayıq-sayıq olmalıdır. Bir sözlə, vəziyyət xeyli dəyişib və ona görə də hərtərəfli hazır olmaq lazımdır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26