Interposta.Info

Rusiya ermənipərəst mövqeyindən

Siyasət
 9-03-2017, 17:21     791

Rusiya ermənipərəst mövqeyindən

Rusiya dövlət gəmisini ermənipərəst mövqedən Azərbaycana tərəf çevirməyə başlayır. Dağlıq Qarabağ münaqişəsi əvvəllər Moskvanın Bakıya təzyiq aləti idisə, indi artıq İrəvana təzyiq vasitəsi olacaq.

Report xəbər verir ki, bunu rusiyalı siyasi analitik Oleq Kuznetsov Dağlıq Qarabağ münaqişəsinin həllinə həsr olunmuş dəyirmi masada deyib.

Ekspert bildirib ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistanın Prezidenti Serj Sərkisyan hərbi cinayətkardır, amma prezident olduğundan Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilə bilməz.

Onun sözlərinə görə, Sərkisyanın prezident toxunulmazlığından məhrum ediləcəyi halda, ona qarşı cinayət işinin başladılması real perspektivli ola bilər.

"Qarabağ klanı Ermənistanda hakimiyyəti itirsə, Sərkisyanın iki yolu olacaq - ya həbsxana, ya da qəbir. Ona görə də onlar son ana qədər Azərbaycana müqavimət göstərəcəklər. Serj Sərkisyan hüquqi məsuliyyətdən qaçmaq üçün öz xalqına qarşı soyqırımı da edər", - o əlavə edib.

Politoloq Tofiq Abbasov bu gün Ermənistanın resurslarının olmaması səbəbindən uzunmüddətli tammiqyaslı müharibəyə hazır olmadığını bildirib.

"Bütünlükdə Qarabağ münaqişəsində əsas maneə məsələnin həllində irəliləyişə imkan verməyən Qarabağ klanıdır. Onlar vəziyyətin olduğu kimi, qalmasında, durğunluqda maraqlıdırlar" - T.Abbasov vurğulayıb.

"Dağlıq Qarabağ problemi həllini gözləyir. İntensiv diplomatiya, məsləhətləşmələr, Rusiya və ABŞ-ın Baş Qərargah rəislərinin son görüşü Qarabağ problemi ətrafında vəziyyətin yoxlanışı idi" - politoloq bildirib.

O, eyni zamanda Serj Sərkisyanın Parisə səfəri zamanı ssələndirdiyi bəyanatı xatırladaraq, Ermənistan getdikcə Qərbə doğru meyl etdiyini vurğulayıb.

"İrəvan yarışın ortasında atları dəyişir. Ermənistanda qərbyönlü vektor fəallaşır. Sərkisyan bu gün Qərbə siyasi və hərbi dəstək üçün yalvarır", - ekspert hesab edib.

T.Abbasovun fikrincə, Ermənistanı böyük sarsıntılar gözləyir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26