Interposta.Info

Politoloq:

Siyasət
 3-05-2017, 12:30     492

Serj Sərkisyanın müharibə partiyası Dağlıq Qarabağla bağlı status-kvonun saxlanılmasına çalışır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspert bildirib ki, Ermənistan heç bir barışıq siyasəti həyata keçirməyəcək:

“Ona görə də İrəvana təzyiq olunmalıdır. Burada da əsas faktor məhz Rusiyadır. Serj Sərkisyanın müharibə partiyası Dağlıq Qarabağla bağlı status-kvonun saxlanılmasına çalışır. Məhz bu səbəbdən də Ermənistanı lokal hərbi münaqişələrlə yerinə otuzdurub sülh danışıqlarına vadar etmək lazımdır”.

Politoloq Ermənistanda müqavilə əsasında ordunun yaradılması ilə bağlı dolaşan söz-söhbətlərə də aydınlıq gətirib:

“Bunun üçün çox ciddi vəsait lazımdır. Bu vəsaitlər isə bu gün Ermənistanda yoxdur. Görünür, Ermənistan hakimiyyəti belə manevrlər etməklə vaxtını uzadır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26