Interposta.Info

Qarabağla bağlı elə bir şərait yaradılıb ki... -

Siyasət
 8-02-2018, 09:32     8 796

Böyük dövlətlər də çox gözəl başa düşürlər ki, status-kvonu Dağlıq Qarabağda saxlamaq mümkün deyil.

interposta.info xəbər verir ki, bu sözləri Axar.az-a fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Politoloq bildirib ki, Dağlıq Qarabağ məsələsinin həlli yönündə aparılan danışıqların prinsipləri məlumdur:

“Bu prinsiplərin işə düşməsi üçün ilk növbədə erməni qoşunları işğal edilmiş Azərbaycan torpaqlarından çıxmalıdır. Təmas xəttində müşahidəçilərinin sayının artırıması çox mənasız bir işdir. Çünki təmas xətti o qədər böyükdür ki, orada 3 və 7 nəfərin olması faydasızdır. Aydın məsələdir ki, böyük dövlətlər bir-birilə rəqabət içərisindədirlər və məhz siyasi çıxarlarına görə Qarabağ probleminin həllini yubadırlar. Lakin böyük dövlətlər çox gözəl başa düşürlər ki, status-kvonu hansısa şəkildə Dağlıq Qarabağda saxlamaq mümkün deyil. Fransa, Rusiya və ABŞ münaqişənin həll olunmasına dair bəyanatlar veriblər. Hazırda bu istiqamətdə yollar axtarılıb tapılmalıdır”.

Ekspertin sözlərinə görə, Qarabağ probleminin həll olunması ümumilikdə geosiyasi proseslərdən də asılıdır:

“Söhbət Rusiya-ABŞ münasibətlərindən gedir. Hazırda elə bir şərait yaradılıb ki, münaqişənin həlli dünyada gedən ümumi proseslərdən asılı vəziyyətdədir. Lakin Azərbaycan əvvəlki Azərbaycan deyil. Bakı münaqişənin həlli istiqamətində addımların atılması zəruriliyini dünya ictimaiyyətinə qəbul etdirə bilib”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26