Interposta.Info

Türkiyə üçün də

Siyasət
 11-03-2017, 07:19     855

Türkiyə üçün də

"Dağlıq Qarabağ münaqişəsinin həlli təcili addımlar tələb edir. Təmas xəttində baş verənlər vəziyyətin nə qədər kritik olduğunu, Azərbaycanla Ermənistan arasında yeni müharibə riskinin nə qədər artığını göstərir”. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Moskvada keçirilən VI iclasında deyib.

Azərbaycanlı siyasətçilər isə Ərdoğanın Moskva səfəri çərçivəsində Dağlıq Qarabağ məsələsinə toxunmasını yaxşı addım hesab etsələr də, bunun problemin həllində önəmli rol oynamayacağını düşünürlər.
interposta.info xəbər verir ki, politoloq Mübariz Əhmədoğlu Ölkə.Az-a açıqlamasında bildirib ki, Dağlıq Qarabağ məsələsinə gəlincə, Ərdoğanla Putin arasında mütəmadi olaraq Dağlıq Qarabağ məsələsinin müzakirələri olub. Onun sözlərinə görə, həmin müzakirələrin də yaxşı vaxtları arxada qalıb.

“2013-ci ilin noyabrında Sankt-Peterburqda o zaman Baş nazir Ərdoğan Putinlə görüşmüşdü. Dağlıq Qarabağla bağlı nə vacib sözlər deyildisə, həmin vaxt orada deyildi. Ərdoğan Putinlə onun arasında Dağlıq Qarabağ tənzimlənməsi üzrə bazanın yaradıldığını bəyan etdi. Mən elə başa düşürəm, nə Rusiyanın Dağlıq Qarabağ münaqişəsini tənzimləməyə marağı, nə də Türkiyənin bu məsələdə ciddi səy göstərməyə halı var. Rusiya üçün regionda çoxlu problemlər var. Hazırda Türkiyə üçün də Dağlıq Qarabağ məsələsi Azərbaycanla əlaqəli danışıqlarda ritorika kimi lazımdır. Qalan məsələlərdə Dağlıq Qarabağ mövzusu Türkiyə üçün o qədər də vacib deyil. Ona görə də, bu görüş çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllində də ciddi bir şey gözləmirəm”, - deyə M. Əhmədoğlu bildirib.

Politoloq deyir ki, Qarabağ münaqişəsini Azərbaycan rəhbərliyi və Azərbaycan Silahlı Qüvvələri müstəqil şəkildə həll edəcək:

“Bu problemin həlli barədə Azərbaycan rəhbərliyinin, Azərbaycan Prezidentinin konsepsiyası var. Azərbaycan Ordusu metr-metr irəliyə gedir. Bu konsepsiya heç bir dövlətin iştirakı olmadan Dağlıq Qarabağı azad edəcək.”

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26