Interposta.Info

Ermənistan yenə danışıqlardan qaçır - Səbəb

Siyasət
 21-09-2017, 20:12     9 825

Danışıqları boykot edən Ermənistanın arxasında daha hansı güclər dayanır?

Politoloq: “Sarkisyan sahibinin icazəsi olmadan Qarabağ məsələsində nə geri, nə irəli heç bir addım ata bilməz”

“Ermənistanda da realist düşüncəli siyasətçilər çox gözəl anlayır ki , Azərbaycanla bu konfrontasiya siyasətinin sonu yoxdur”.

interposta.info xəbər verir ki, bu fikirləri politoloq Əhəd Məmmədli son günlərdə erməni rəsmilərinin Dağlıq Qarabağla bağlı bir-birlərini təkzib edən fikirlərini Pia.az-a şərh edərkən açıqlamasında qeyd edib.

Bu gün Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Movses Akopyan xarici işlər naziri Edvard Nalbadyanın işğal olunmuş torpaqların bir hissəsinin Azərbaycana qaytarılması ilə bağlı açıqlamasına etiraz edib. M. Akopyan bildirib ki, işğal olunmuş ərazilərin heç bir hissəsi Azərbaycana qaytarıla bilməz. Onun sözlərinə görə, təhlükəsizliyin təmin olunması üçün işğal edilmiş bütün rayonların əldə saxlanması vacibdir. Eyni zamanda elə bu gün qondarma DQR-in qondarma xarici işlər naziri Karen Mirzoyan bəyan edib ki, Xankəndi Ermənistan xarici işlər naziri Eduard Nalbandyanın bəyanatını ciddi qəbul eləmir.

Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İrəvanda “Ermənistan-Diaspora” VI Ümumerməni Forumunda iştirakçıların suallarını cavablandırarkən bildirmişdi ki, “Ermənistan Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində “Qarabağ zonası üçün təhlükə yaratmayacaq” ərazilərin qaytarılmasını müzakirə edir”. 2011-ci ildə isə Blomberq nəşrinə müsahibə verən Ermənistan prezidenti Serj Sarkisyan bildirmişdi ki, Kazanda keçirilən danışıqlar zamanı Madrid prinsipləri əsasında Ermənistan işğal etdiyi 7 rayondan 5-ni Azərbaycana qaytarmağa razı olub. Lakin sonrakı mərhələdə Ermənistan danışıqlardan yayınmağa üstünlük verdi. Ancaq 2016-cı ildə baş verən aprel döyüşlərindən sonra Rusiyanın vasitəçiliyi ilə 5 rayonun Azərbaycana qaytarılması ilə bağlı məsələ yenidən gündəmə gəldi. Bundan sonra Ermənistan tərəfi bütün vasitələrlə yenidən danışıqlardan yayınmağa və faktiki olaraq danışıqları boykot etməyə başladı. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İrəvanda “Ermənistan-Diaspora” VI Ümumerməni Forumunda ərazilərin qaytaılmasınınn müzakirə edildiyini bəyan etməsi belə bir ümid yaratmışdı ki, Nyu-Yorkda sentyabrın 23-də nəzərdə tutlan görüşdə hansısa irəliləyişə nail olmaq olacaq. Sarkisyanın BMT-dəki böhtan və hədyan dolu çıxışından sonra isə bu ümid demək olar ki, öldü. Hazırda isə Ermənistan ordusunun Baş Qərargah rəisinin Movses Akopyanın və qondarma DQR-in qondarma xarici işlər naziri Karen Mirzoyanın bu bəyanatlarla çıxış etməsi onu göstərir ki, Ermənistan yenidən faktiki olaraq danışıqları boykot edir.

Sakisyanın BMT səfərindən sonra Ermənistandan eşidilən və faktiki olaraq danışıqlardan imtina anlamına gələn bu bəyanatları nəylə əlaqələndirmək olar? Ola bilərmi ki, Sarkisyan BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının kuliarlarında hansısa dövlətdən aldığı dəstək erməni tərəfini danışıqları faktiki olaraq boykot etməyə ürəkləndirib?

Ermənistan yenə danışıqlardan qaçır - Səbəb


Əhəd Məmmədli: “Ermənilərə reallığı hiss etdirmək üçün Azərbaycanın bir yolu var, qısa müddətdə hərbi əməliyyatlar keçirib heç olmasa Aran Qarabağı azad etmək”.

Ermənistanı Qafqazda Rusiyanın forpostu adlanıran politoloq Əhəd Məmmədli qeyd edib ki, bu forpost sahibinin icazəsi olmadan Qarabağ məsələsində nə geri, nə irəli heç bir addım ata bilməz:

“Nalbadyan erməni hakimiyyətində qərbyönümlü qoluna aiddi. Ermənistanda da realist düşüncəli siyasətçilər çox gözəl anlayır ki , Azərbaycanla bu konfrontasiya siyasətinin sonu yoxdur. Lakin bildiyiniz kimi Ermənistanda hakimiyyətdə Qarabağ klanıdır. Və bu Qarabağ klanı Rusiya ilə sıx əlaqədərdir. Sarkisyanın BMT tribunasından elə özündən razı çıxışının arxasınca yalnız bir ölkə dayanır, Rusiya. Ermənistan Qafqazda Rusiyanın fortpostudur. Və bu fotrpost sahibinin icazəsi olmadan Qarabağ məsələsində nə geri, nə irəli heç bir addım ata bilməz. Ona görədə Ermənistan ordusunda Rusiyanın bir nömrəli adamı olan Akopyandan, saxta DQR-dan kompromisdən uzaq açıqlamalar gəlir.

Ermənistanın danışıqları bokot etmək cəhdinə yalnız bir cavab ola bilər. Azərbaycan tərəfindən aprel döyüşlərinə oxşar hərbi əməliyyatın daha miqyaslı əməliyyat keçirilməsi və real nəticə ilə sonuclanması. Ermənilərə reallığı hiss etdirmək üçün Azərbaycanın bir yolu var, qısa müddətdə hərbi əməliyyatlar keçirib heç olmasa Aran Qarabağı azad etmək. Bundan sonra görün necə həmin ermənilər masa arxasına qayıdıb bizimlə sövdələşmək istəyəcəklər”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26