Ermənistan MN: Bir qarış da torpaq qaytarmarıq
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Movses Akopyan Xarici İşlər naziri Edvard Nalbəndyanın işğal olunmuş torpaqların bir hissəsinin Azərbaycana qaytarılması ilə bağlı açıqlamasına etiraz edib.
APA-nın məlumatına görə, M. Akopyan bildirib ki, işğal olunmuş ərazilərin heç bir hissəsi Azərbaycana qaytarıla bilməz. Onun sözlərinə görə, təhlükəsizliyin təmin olunması üçün işğal edilmiş bütün rayonların əldə saxlanması vacibdir: “Dağlıq Qarabağ boyunca təhlükəsizlik sistemi yaradılıb. Bu sistemin pozulması acınacaqlı nəticələrə gətirib çıxara bilər”.
Qeyd edək ki, Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyan sentyabrın 19-da bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərin bir hissəsinin qaytarılması məsələsi müzakirə olunur. O əlavə edib ki, söhbət həmin ərazilərdən gedir ki, onların qaytarılması Dağlıq Qarabağa təhlükə törətməyəcək.
Erməni nazir danışıqların pozulmaması üçün digər detalları açıqlamayıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26