Interposta.Info

Rusiya bankları Rusiya Hərbi Komleksinə xidmət göstərməkdən imtina edir - Sanksiyalara görə

Siyasət
 6-01-2018, 19:05     10 448

Ekspert: “Rusiya çalışacaq ki, sanksiyalara qoşulmayan ölkələrdən daha çox müştəri cəlb etsin. Lakin qobal olaraq, bu, Rusiyanın silah istehsalı və ixracatının azalmasına səbəb olacaq addımdır”

“Növbəti addım Rusiyanın qlobal bank sistemindən kənarlaşdırılması ilə bağlı məsələnin müzakirə olunmasıdır. Əgər belə bir addım atılarsa, bu, Rusiyanın bank sisteminə daha çox təsir göstərəcək”.


"XeberBiz" xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Rusiyaya qarşı ABŞ-ın sanksiyala3ına görə bəzi Rusiya banklarının Rusiya Hərbi Komleksi ilə əməkdaşlıqdan imtina etməsinişərh edərkən Pia.az-a açıqlamasında qeyd edib.

Xatırlaaq ki, ötən il ABŞ Dövlət Departamenti yeni sanksiyalara məruz qala biləcək Rusiya müəssisələrinin siyahısını təsdiqləyərək Konqresə təqdim edib. Siyahıda 33 müdafiə sənayesi müəssisəsi, konsern və təşkilat, habelə Federal Təhlükəsizlik Xidməti (FTX), Xarici Kəşfiyyat Xidməti (XKX) və Baş Kəşfiyyat İdarəsi (BKİ) kimi xüsusi xidmət orqanları yer alıb. Sanksiyalar tətbiq edilə biləcək müəssisə, konsern və təşkilatlar arasında “Rosoboroneksport”, “İjmaş”, “Suxoy”, “Tupolev”, Almaz-Antey”, “Oboronprom”, “Uralvaqonzavod”, “Vertolyotı Rossii”, “Bazalt” və s. iri şirkətlər var. Bununla yanaşı, ABŞ-ın Rusiyaya qarşı iqtisadi sanksiyalar da tətbiq etdiyi danılmaz faktlardandır.

Bu ilin əvbəlində Rusiyanın aparıcı banklarından biri olan “Alfa Bank” bu il qüvvəyə minən sanksiyalara görə Rusiya Hərbi Komleksi sisteminə aid olan müəssisələrlə işləməkdən imtina etdiyini açıqlayıb. Bu barədə KİV-ləri məlumat yayıb. “Alfa Bank”ın direktorlar Şurasının sədrinin birinci müavini Oleq Sısuev bildirib ki, onların maliyyə qurumu Qərb dövlətlərinin tətbiq etdiyi sanksiyalara görə Rusiyanın Müdafiə Sənayesinə aid olan müəssisələrə xidmət etməkdən imtina edib. Sısuev həmçinin Rusiyanın Müdafiə Sənayesinə aid olan müəssisələrlə birdən birə əməkdaşlığı kəsməyəcəklərini də bildirib.

Öz növbəsində Rusiyanın Müdafiə Sənayesinin rəhbəri, Rusiya baş nazirinin müavini Dmitri Roqozin bildirib ki, “Alfa Bank” heç də Rusiyanın Müdafiə Sənayesi müəssisələrinə xidmət etməyib. Baş nazirin müavini qeyd edib ki, “Alfa Bank” Rusiyanın Müdafiə Sənayesi müəssisələrinə xidmət göstərmək üçün müraciət etsə də, ona belə bir icazə verilməyib.

Qeyd edək ki, dekabrın 29-da Forbes “Alfa-Qrup”un təsisçisi Mixail Fridmanla müsahibə dərc edib. Müsahibədə iş adamı ABŞ-ın yeni sanksiyalarının Rusiya banklarının işinə ciddi təsir edəcəyini bildirib. Yayılan məlumatlara görə həmçinin Rusiyanın əsas dövlət banklarından biri olan “Sberbank” da Krımda işləməkdən yayınır.

Həmçinin hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi müzakirələrində Rusiya banklarını Ümumdünya Banklararası Maliyyə Kanalı Əlaqələri, (SWIFT), sistemindən ayırmaq əsas müzakirə mövzularından biridir və bu da Rusiya bankları üçün ciddi problemlərin yaranmasına, həmçinin Rusiya maliyyə bazarında böhranın yaranmasına səbəb ola bilər.

Xatırladaq ki, Rusiya ilə Qərb dövlətləri arasında münasibətlər 2014-cü ildə Ukraynada baş verən hadisələrdən sonra, Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın şərqində separatizmin Kreml tərəfindən müdafiə olunması ilə əlaqədar olaraq pisləşib. Elə həmin vaxtdan da ABŞ və Avropa Birliyi Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başlayıb. ABŞ-ın 44-cü prezidenti Barak Obama hakimiyyətinin son günlərində Rusiyaya qarşı ardı-ardına 100-ə yaxın sanksiyalar tətbiq edib. Rusiya hökuməti isə ABŞ-ın 45-ci prezidenti Donald Trampın həmin sanksiyaları yüngülləşdirəcəyi, yaxud ləğv edəcəyi barədə ümid etsələr də, ABŞ Konqressi Rusiyaya qarşı daha geniş şəbəkəli sanksiyalar tətbiq edib və prezident Donald Tramp hər nə qədər istəmə də, bu sanksiyaları imzalamağa məcbur olub. Son sanksiyalar Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən seçkilərə müdaxilə ittihamı əsasında qəbul edilib.

Yaranmış vəziyyət Rusiyanın maliyyə sisteminə, eyni zamanda müdafiə müəssisələrinin işinə necə təsir edə bilər? İstər sanksiyaya məruz qalan müəssisələrlə işləməkdən imtina edən bankların, istərsə də sanksiyalara baxmayaraq bu müəssisələrlə çalışan bankların aktivləri nə qədər itkilərə məruz qala bilər və sanksiyalar 2018-ci ildə Rusiyada maliyyə böhranına yol aça bilərmi?

Natiq Cəfərli: “Məlum sanksiyaların tətbiqi Rusiyanın iqtisadiyyatına, o cümlədən hərbi sənayə kompleksinə ciddi ziyan vuracaq”.

Rusiyaya qarşı tətbiq olunan sanksiyaların bu ölkənin iqtisadiyyatına ciddi təsir edəcəyini vurğulayan iqtisadçı ekspert Natiq Cəfərliyə görə, bu durumda Rusiya ilə əməkdaşlıq etmək istəyən şirkətlər, banklar da gələcəkdə ABŞ tərəfindən sanskiyalarla üzləşə bilərlər:

“Hərbi sənayəyə tətbiq olunmuş sanksiyalar əsasən Rusiyanın xaricə satacağı silahların məhdudlaşdırılmasına və xarici bazarlara çıxış imkanlarının azalmasına səbəb olacaq. Eyni zamanda silah istehsalında istifadə olunan müxtəlif komponentlərin və texnologiyaların xaricdən alınmasına ciddi maneçilik törədəcək.

Əslində Rusiya dünya silah bazarında çox önəmli yer tuturdu, silah satan ölkələr siyahısında ilk üçlüyə daxil idi və silah satışından əldə olunan gəlirin Rusiya iqtisadiyyatına müsbət təsiri yüksək idi. Faktiki olaraq silah alveri Rusiya xracatının önəmli nöqtələrindən biri idi.

Məlum sanksiyaların tətbiqi Rusiyanın iqtisadiyyatına, o cümlədən Hərbi Sənayə Kompleksinə ciddi ziyan vuracaq. Ancaq Rusiya çalışacaq ki, digər bazarlara çıxış əldə etsin. Yəni, üçüncü ölkə bazarlarına çıxış əldə etməklə, sanksiyalara qoşulmayan ölkələrlə silah ixrac edərək satışların azalmamasına çalışacaq və hətta silah ixracaaatını artırmağa cəhd edəcək. Bu ölkələr əsasən ətraf ölkələr, o cümlədən keçmiş SSRİ respublikaları, Asiya və Afrika ölkələridir. Rusiya çalışacaq ki, sanksiyalara qoşulmayan ölkələrdən daha çox müştəri cəlb etsin. Lakin hesab edirəm ki, Rusiya qobal silah bazarında olan yerini qoruyub saxlaya bilməyəcək və Rusiyanın silah istehsalı və ixracatı zamanla azalacaq.

Natiq Cəfərli:
“Bu gün də Rusiyaya tətbiq olunan sanksiyalardan yan keçməklə, bu ölkənin hərbi sənayesi ilə əlaqələr qurmaq istəyən maliyyə inustitutları, banklar və şirkətlər olacaqsa, gələcəkdə bu qurumlar ABŞ-ın sanksiyalarına məruz qalacaqlar”.

Maliyyə böhranına gəlincə, bu barədə danışmaq hələ tezdir. Ancaq növbəti addım Rusiyanın qlobal bank sistemindən kənarlaşdırılması ilə bağlı məsələnin müzakirə olunmasıdır. Əgər belə bir addım atılarsa, bu, Rusiyanın bank sisteminə daha çox təsir göstərəcək.

Sanksiyalara baxmayaraq, əlaqələr quran və müqavilələr bağlayan xarici şirkətlərə ABŞ-ın sanksiyalar tətbiq etməsi də gündəmə gələ bilər. Acığı, bu riskli bir işdir. Çünki bugünə qədər bir neçə örnəklərinin şahidi olmuşuq. Şimali Koreya və İrana tətbiq olunan sanksiyalardan yan keçməklə, iş qurmaq istəyən şirkətlərə ABŞ tərəfindən ciddi cəzalar tətbiq olunub. Bu gün də Rusiyaya tətbiq olunan sanksiyalardan yan keçməklə, bu ölkənin hərbi sənayesi ilə əlaqələr qurmaq istəyən maliyyə inustitutları, banklar və şirkətlər olacaqsa, gələcəkdə bu qurumlar ABŞ-ın sanksiyalarına məruz qalacaqlar”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26