Rusiya ABŞ-a qarşı sanksiyalara hazırlaşır
Rusiyanın xarici işlər nazirinin köməkçisi Sergey Ryabkov ABŞ-a qarşı sanksiyalara hazırlaşdıqlarını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, ABŞ Şimali Koreya ilə əməkdaşlıq edən rus şirkətinə qarşı sanksiya barədə qərar qəbul edib. ABŞ-ı sülh prosesinə, iki ölkə münasibətlərinə zərər verməkdə ittiham edən Ryabkov Rusiyanın bu addımlara qarşılıq verəcəyini bildirib.
Qeyd edək ki, ABŞ son olaraq Şimali Koreyanın qeyri-qanuni ixracat prosesinə kömək edən Çin, Sinqapur və Rusiya şirkətinə qarşı sanksiya tətbiq edib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26