Interposta.Info

Koreya ABŞ-a dəstək verən qonşusunu hədələdi:

Dünya
 23-04-2017, 15:50     586

Şimali Koreya Avstraliyanı kor-koranə ABŞ-ın arxasınca getməkdə ittiham edib.

Axar.az xəbər verir ki, bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda rəsmi Pxenyan Avstraliya Xarici İşlər naziri Culiya Bişopun “Şimali Koreyanın nüvə proqramı Avstraliya üçün təhdiddir” açıqlamasını qeyri-ciddi adlandırıb.

“Bu cür idarəetməsi olan bir ölkənin xarici işlər nazirindən onsuz da gözəl sözlər eşitmək çətindir. Amma bir ölkənin xarici işlər nazirisinizsə, danışığınıza fikir verməli və məsələ haqqında ehtiyatlı danışmalısınız. Avstraliya ABŞ-ın Şimali Koreyanı izolasiya etmək üçün yeritdiyi siyasətini dəstəkləməkdə davam edərsə, Şimali Koreyanın nüvə silahına tuş gələcək”, - bəyanatda deyilib.

Şimali Koreyanın təhdidinə Avstraliyanın cavabı gecikməyib. XİN başçısı Culiya Bişop Koreyanın son açıqlamasını Avstraliyaya qarşı təhdid adlandırıb.

“Şimali Koreya Avstraliya, eyni zamanda Asiya-Sakit okean regionunun təhlükəsizliyini təhdid edir. Bu rejim pullarını kütləvi qırğın silahlarına xərcləməkdənsə, aclıqdan əziyyət çəkən xalqının vəziyyətini yaxşılaşdırsın”, - Bişop bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26