Interposta.Info

Türkiyə də Şimali Koreyaya xəbərdarlıq etdi

Dünya
 29-07-2017, 18:36     10 470

Türkiyə Xarici İşlər Nazirliyi Şimali Koreyanın ballistik raket sınaqları həyata keçirməsini tənqid edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Şimali Koreyanın 28 iyulda həyata keçirdiyi raket sınağını şiddətlə qınayırıq. Bir ay ərzində ikinci dəfə raket sınağı keçirən Şimali Koreya BMT-nin Təhükəsizlik Şurasının qərarlarını açıq-aşkar pozmağa və beynəlxalq məsuliyyəti gözardı etməyə davam edir. Şimali Koreyanı beynəlxalq hüquq normalarına əməl etməyə və bu cür davranışlardan uzaq durmağa çağırırq”, - bəyanatda yazılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26