Çin də Rusiyaya qarşı sanksiyalara qoşulur

Çin bankları ABŞ və Avropa Birliyinin sanksiyaları ucbatından Rusiya şirkətlərinin iştirakı ilə hansısa tranzaksiyalar keçirməkdən imtina edir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Mərkəzi Bankının Çindəki nümayəndəliyinin rəhbəri Vladimir Danilov deyib.
“Çinin kommersiya bankları tez-tez AB və ABŞ sanksiyalarından təsirlənirlər. Bununla belə, mövcud maliyyə strukturu hələlik biznesin tələblərini təmin etməyə imkan verir. Milli valyutalarda (rubl və yuan) olan tranzaksiyaların sayı getdikcə artır, amma buna rəğmən, onların sayı dollarla edilən tranzaksiyaların sayından xeyli geridə qalır”, - deyə o bildirib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26