Interposta.Info

Olimpiada yeni sınaq qarşısında: BOK-un Rusiyanı oyunlardan kənarlaşdıracaqmı?

Siyasət
 27-11-2017, 12:51     10 541

2010-cu ildə Vankuverdə (Kanada) keçirilən Qış Olimpiya oyunları Rusiya idman tarixində əsl fəlakət sayıla bilər.

“Məsələyə bir qədər kreativ yanaşsaq deyə bilərik ki, Norveçin 300 min əhaliyə malik Tryondelaq əyalətindən çıxan idmançıların həmin olimpiadada qazandığı medalların sayı 150 milyonluq rus xalqının idman təmsilçilərindən daha çox olub”, - Norveçin “Adresseavisen” qəzetindən Xetil Krokseter yazıb.

Cəmi 4 il sonra isə Rusiya olimpiadanı öz torpağında, Soçidə qəbul etdi. Bu oyunlarda da gözdən düşməmək üçün isə Putin hakimiyyəti başqa yollara, yəni idmançılara dövlət səviyyəsində dopinqlə yardım edərək onların uğur qazanmasına imkan yaratdı.

Daha sonra Rusiyanın bu fırıldağının üstü açıldı. İnformator elə rusların öz içindən çıxdı. Moskva antidopinq mərkəzinin keçmiş direktoru Qriqori Rodçenkov 2016-cı ilin yanvarında ABŞ-a qaçaraq orada Rusiya rəhbərlərinin bununla bağlı bütün əməllərini sübutlarla faş etdi.

Nəticədə Rusiya yığması Soçidə bir sıra idman növlərində qazandığı medallardan məhrum edildi. Rusiyanın bir çox idmançısı isə ümumiyyətlə ömürlük bütün idman yarışlarından kənarlaşdırıldı.

“Saxtakarlıq aşkar olan kimi Beynəlxalq Olimpiya Komitəsi (BOK) bütün bunlara “yox” demək məcburiyyətində qaldı. Lakin bu zaman heç kimin gözləmədiyi və siyasi münaqişələrlə dolu situasiya meydana gəldi. Hazırda söhbət ədalətdən, dürüstlükdən və böyük siyasətdən gedir”, - müəllif Krokseter yazır.

Müəllif BOK-un olduqca çətin dilemma qarşısında qaldığını vurğulayır. Komitə Rusiyanın korrupsioner rejimin daha çox medal əldə etmək həvəsinə görə bütün komandanın cəzalandırılmalı olması məsələsində tərəddüd edir.

“Məgər idmançılar Rusiya siyasətçilərinin və idman rəhbərlərinin əlində sadəcə alət deyillərmi. Onsuz da bütün bu çirkli işlərin arxasında duran korrupsionerlər sudan quru çıxmağı bacaracaqlar. Adamın bu cür rüşvətxor məmurlara görə cəzalanan idmançılara yazığı gəlir”, - Krosketer yazır.

Müəllif rus xalqının adəti üzrə olduğu kimi yenə də öz başçılarının arxasında olduğunu qeyd edir. Mətbuatda aparılan qara təbliğatın da təsiri ilə rus xalqı öz “idman qəhrəmanları”nı dəstəkləyirlər və fırıldağın üstünü açan “xain” Rodçenkovu söyürlər.

Rusiya prezidenti Vladimir Putin isə ənənəvi olaraq hər bir işdə olduğu kimi bu dəfə də ABŞ-ı ittiham edib. Putin üçün bu hadisə xalqı və öz ətrafında toplamaq üçün fürsətə çevrilib.

“Putin Rusiyanın dopinq sınaqlarındakı saxtakarlığını inadla rədd edir. Əslində onun başqa əlacı da yoxdur. Başqa cür simanı itirməli olacaqsan. Bu səbəbdən ruslar heç bir güzəştə gedən deyil”,- məqalədə yazılıb.

Yazıda rusların bunun üçün əllərində güclü kartların olduğu da qeyd edilir. Rusiya bir çox qış idman növünün aktiv iştirakçısıdır. Qış olimpiadalarının əsas bəzəyi sayılan xokkeyi ümumiyyətlə ruslarsız təsəvvür etmək mümkün deyil.

Rusiya bunu bilərək BOK-u hər dəfə boykotla hədələyir.

Yazıda məsələnin siyasi tərəflərinə də diqqət çəkilib. Şimali Koreya ilə gərginliyin üstə çıxdığı bir dönəmdə Rusiya kimi ölkəni Koreya yarımadasında keçirilən ümumdünya idman yarışlarından kənarlaşdırmaq müşkül vəzfiə sayılır.

Lakin başqa ölkələrin antidopinq komitələri ruslaırn bu şantajına boyun əymək fikrində deyillər. Artıq dünyanın 17 böyük milli antidopinq komitəsi BOK-u Rusiyanı bütün yarışlardan uzaqlaşdırılmasına dair bəyanat qəbul ediblər.

Ümumdünya Antidopinq Komitəsinin (WADA) keçmiş baş təhqiqatçısı Cek RoBertson Fransanın “Le Figaro” qəzeitnə verdiyi müsahibədə Rusiyanın olimpiya hərəkatından qovulmasının tərəfdarı olduğunu bildirib. O, Rusiyanın olimpiadada iştirakına qadağan qoyulmasının artıq zərurət halına gəldiyini söyləyib:
“Soçidəki təşkilatlanmış dələduzluğun səviyyəsinə və total rəzalətə haqq qazandırılacaq yer yoxdur. Rusiyanı həm də ona görə cəzalandırmaq gərəkdir ki, idman yarışlarında şərəf, dürüstlük və qərəzsizliyin heç olmasa bir şey ifadə etdiyi anlaşıla bilsin”.
Son qərar isə Beynəlxalq Olimpiya Komitəsinin 5-7 dekabrıda keçiriləcək sessiyasına veriləcək.

“BOK siyasətin kənarında durmaq istəyir, lakin hazırkı işdə bu mümkün görünmür. Prezident Tomas Bax komitənin söykəndiyi əsas prinsipləri diqqətə almaqla bərabər olimpiya idman ailəsinin vəhdətini də qorumağa borcludur. Bundan irləi gəlrək rusların olimpiadada iştirak etməsinə icazə verilməsi müşkül görünür. Vladimir Putinə dərs keçmək isə əsl cəsarət və qeyrət tələb edir. Lakin BOK əksinə hərəkət etsə bu Komitənin Moskvanın qarşısında diz çökməsi demək olacaq, ona olan inam isə büsbütün itəcək”, - müəllif Xetil Krokseker yekunda bildirir.

interposta.info
Olimpiada yeni sınaq qarşısında: BOK-un Rusiyanı oyunlardan kənarlaşdıracaqmı?
Olimpiada yeni sınaq qarşısında: BOK-un Rusiyanı oyunlardan kənarlaşdıracaqmı?
Olimpiada yeni sınaq qarşısında: BOK-un Rusiyanı oyunlardan kənarlaşdıracaqmı?

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26