Interposta.Info

Rus futbolçularla bağlı dopinq QALMAQALI: FİFA şübhəli testləri niyə gizlədir

Dünya
 22-05-2018, 19:38     10 421

“Rusiyanın futbol üzrə milli yığma komandasının oyunçularından alınan dopinq qan testləri şübhəli şəkildə sona qədər araşdırılmayıb”.
"XeberBiz" musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumat Almaniyanın ARD telekanalının “Sportschau” (idman baxışı) adlı verilişində səsləndirilib. Xəbərdə 2014-cü ilin dekabrında Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən 155 rusiyalı futbolçudan dopinq testi götürüldüyü qeyd edilir. Onlardan bəziləri milli yığma komandanın üzvləri olublar.

Lakin agentliyin Moskva bürosu bütün şübhəli testlər barədə susmaq əmri alıb. Təlimat isə birbaşa Rusiyanın idman naziri Vitali Mutko tərəfindən verilib.

“Hələ 2008-ci ildə mən V.Mutkodan rusiyalı idmançıların qanlarının tərkibində dopinqlə bağlı heç bir müsbət nəticə olmaması barədə əmr almışdım”, - Moskva antidopinq laboratoriyasının keçmiş rəhbəri Qriqori Rodçenkov ARD telekanalına verdiyi eksklüziv müsahibədə deyib (Rusiya həmin il Avropa üçüncüsü olub).

Rodçenkovun sözlərinə görə, Mutko ictimaiyyətin Rusiya futbolu ilə bağlı problemlərdən xəbərinin olmasını istəmirdi.

Rus futbolçularla bağlı dopinq QALMAQALI: FİFA şübhəli testləri niyə gizlədir

Vitali Mutko

Rusyia futbolunun dopinqə bulaşması, rus idmançıların bir çox yarışlardan məhrum qalmasına səbəb olmuş əsas adamın - britaniyalı Riçard Maklerinin də təhqiqatında yer alıb (Maklaren WADA-nın 2014-cü ildə Soçi Qış Olimpiadasındakı dopinq maxinasiyalarını araşdıran komissiyasının sədri və məşhur “Maklaren hesabatı”nın müəllifidir).

Keçən il WADA təhqiqatçılarının sərəncamında 63 min rusiyalı idmançının, o cümlədən, onlarla futbolçunun qan testləri olub. Lakin təhqiqatçılara yalnız idmançıların testlərinin surətləri verilib. Əsl testlər isə hələ də Moskva laboratoriyasında qalıb. Bu səbəbdən də WADA-nın baş müstəntiqi Günter Yangerin söylədiyinə görə, Mosvadakı agentliyə üst-üstə 4 məktub göndərilib. Lakin bu vaxta qədər heç bir cavab alınmayıb.

WADA təhqiqatçıları bu səbəbdən əllərindəki sənədləri FİFA-ya göndəriblər. Yangerin sözlərinə görə, futbol assosiasiyası bütün işlərindən öncə bu testlərin nəticələrini araşdırmalıdır.

Rus futbolçularla bağlı dopinq QALMAQALI: FİFA şübhəli testləri niyə gizlədir

“Deyə bilərəm ki, əlimizdə çox, həm də olduqca çox şübhəli faktlar var və bunların hamısı müvafiq surətdə yoxlanılmalıdır”, - Yanger jurnalistlərə söyləyib.

Yazıda FİFA prezidenti Canni İnfantino üçün futbolda dopinq məsələsinin birinci sırada gəlmədiyi vurğulanır. FİFA daxilindəki tənqidçilər isə bir-bir susdurulur. Rusiyalı oyunçularla bağlı təhqiqat aparmaq istəyənlər isə öz vəzifələrini itiriblər.

FİFA aparatında xidmət göstərən və adının çəkilməsini istəməyən anonim mənbənin bildirdiyinə görə, C.İnfantino hər hansı bir səbəbdən rusların dəstəyindən məhrum olmaq istəmir: “İnfantinonun yanında Rusiyanın adını çəkən hər hansı şəxs öz karyerası ilə risk etmiş olur. Aydındır ki, FİFA prezidenti rusiyalı sponsorların dəstəyindən məhrum olmamaq üçün onların maraqlarını qoruyur”.

Rus futbolçularla bağlı dopinq QALMAQALI: FİFA şübhəli testləri niyə gizlədir

Canni İnfantino

Futbol assosiasiyası verilən sorğuya cavab olaraq, yalnız təhqiqatın davam etdiyini və yaxın həftələrdə yeni məlumatların veriləcəyini söyləməklə kifayətlənib. Lakin şübhə altında olan rusiyalı futbolçularla bağlı konkret testlərin aparılıb-aparılmadığı barədə sualların heç birinə cavab verilməyib.

Maklarenin sözlərinə görə, Dünya Çempionatı başlayana qədər bu məsələdə heç bir irəliləyiş gözləməyə dəyməz. Ekspert WADA-nın bütün göstərişlərinə və xəbərdarlıqlarına rəğmən FİFA-nın rusiyalı futbolçuların dopinq testlərinin aparılmasından ötrü barmağını belə, tərpətməyəcəyi qənaətində olduğunu bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26