Interposta.Info

Azərbaycanın

İdman
 5-04-2017, 07:20     637

2015-ci ildə Azərbaycan idmançıları tərəfindən anti-dopinq qaydalarının pozulmasına dair 9 hal aşkarlanıb.

Bu barədə Ümumdünya Antidopinq Agentliyinin (WADA) açıqladığı illik hesabatda bildirilir.

Belə idmançılardan 6-sı ağırlıqqaldıran, 2-si atlet, 1-i isə güləşçidir. Bundan başqa onların 7-si kişi (5 ağırlıqqaldıran, 1 atlet, 1 güləşçi), 2-si isə qadındır (1 ağırlıqqaldıran, 1 atlet). Hesabatda anti-dopinq qaydalarındakı pozuntu hallarından 8-nin (6 ağırlıqqaldıran və 2 atlet) götürülmüş dopinq-test nəticəsində üzə çıxdığı, 1-nin (güləş) dopinq-test verməkdən imtina ilə əlaqədar olduğu bildirilir. Nəticəsi müsbət olan dopinq-testlərin hamısı sidik analizlərindən ibarət olub. Kişi atletlərdən yarışdan kənarda, qadın atlet və ağırlıqqaldıranlardan isə yarış zamanı dopinq-test götürülüb./"Report"

Qeyd edək ki, WADA ümumilikdə 122 ölkədən 85 növ üzrə 1929 qayda pozuntusu aşkarlayıb. Azərbaycan bu göstəricidə 46-cı yerdədir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26