Interposta.Info

İslam Oyunlarında medal qazanan idmançılarımıza ağır cəza - Dopinq qalmaqalı

İdman
 3-09-2018, 16:04     10 455

Azərbaycanın 4 idmançısı sanksiyaya məruz qalıb

Bunlar boksçu İman Əhmədli, voleybolçular İftixar Abdullayev, Sabina Saviç və ağırlıqqaldıran Rövşən Fətullayevdir.

Adıçəkilən idmançıların sanksiyaya məruz qalmasına dopinqdən istifadə etmələri səbəb olub.

Bu səbəbdən Rövşən Fətullayev 8 il, İman Əhmədli 18 ay, İftixar Abdullayev 24 ay, Sabina Saviç isə 48 ay müddətinə yarışlardan diskvalifikasiya olunub.

Qeyd edək ki, 96 aylıq cəzaya məruz qalan Rövşən Fətullayev “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısıdır./Yenicag.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26