Interposta.Info

Zəhra məsələsi, geosiyasi proseslər və neft müzakirələri... -

Siyasət
 10-07-2017, 14:29     688

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində iştirak etmək üçün Türkiyəyə səfərə yollanıb. Səfər çərçivəsində ölkə başçısıyla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.

İlham Əliyevin konqresdə iştirakını BakuPost.az-a şərh edən millət vəkili Vahid Əhmədov bildirib ki, bu, çox önəmli səfərdir: "Konqresin Türkiyədə keçirilməsi gözlənilməz oldu. Çünki Türkiyə neft idxal edən ölkələr siyahısındadır. Bu çox vacib tədbirdir. Dövlət başçımızın orada iştirakı müsbət haldır.

Bilirsiniz ki, neftin dünya bazarlarında qiyməti, neftin idxalı və ixracı, neftin ümumilikdə alternativ enerji ilə əvəz olunması ilə əlaqədar problemlər həddən artıq çoxdur. Biz neft-qaz ixrac edən ölkəyik, ona görə də belə konqreslərdə görüşmək, müəyyən ortaq məxrəcə gəlmək, qiymət siyasətində müəyyən razılıqlar əldə etmək və s. bizim üçün önəmlidir”.
Zəhra məsələsi, geosiyasi proseslər və neft müzakirələri... -


Deputat qeyd edib ki, belə konqreslərin siyasi cəhətdən əhəmiyyəti də vacibdir: "Belə tədbirlərdə həmişə ikitərəfli görüşlər keçirilir. Bizim cənab prezidentin hörmətli Rəcəb Tayyib Ərdoğanla görüşləri olub. Hazırda TANAP və TAP layihəmiz həyata keçirilir, Türkiyə vasitəsilə Bakı-Qars dəmiryolu layihəmiz var, bunların Ərdoğanla müzakirəsi həm siyasi, həm də iqtisadi cəhətdən əhəmiyyət daşıyır.

Bundan başqa, son vaxtlar baş verən bir sıra siyasi hadisələrin, cəbhədəki son olayların və s. bizim qardaş dövlət olan Türkiyə prezidenti ilə müzakirəsi əlavə məsələlərdən biridir”.

Vahid Əhmədov İlham Əliyevin ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşünə də toxunub: "Belə bir konqresdə ABŞ kimi dövlətin baş katibi ilə görüş bizim üçün böyük əhəmiyyət daşıyır. Çünki Amerika bizim beynəlxalq layihələrimizi hər zaman müdafiə edib. Ona görə də neftlə əlaqədar belə bir konfransda ABŞ-ın dövlət katibi ilə görüş xüsusi qeyd olunmalıdır. Çox güman ki, müəyyən məsələlər ikilikdə müzakirə olunub və yəqin ki, müsbət nəticələri də olacaq”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26