Azərbaycan neftinin qiyməti 88 dollara çatır - VİDEO
Dünya birjalarında neftin qiymətinin sürətlə artması Azərbaycan neftinin də qiymətinə təsirsiz ötüşməyib.
Hazırda Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri Light" markalı neftin qiyməti bu gün 0.55 dollar bahalaşaraq 87,51 dollar təşkil edir.
Azərbaycan neft ixrac edən ölkələr sırasında olduğundan bahalaşma dövlət büdcəsinə şübhəsiz ki, müsbət təsir göstərir. Çünki hələ ötən ilin sonlarından beynəlxalq maliyyə qurumları tərəfindən xam neftin 1 barrelinin 50 dollar ətrafında proqnozlaşdırıldığını nəzərə alan Azərbaycan hökuməti, 2018-ci ilin dövlət büdcəsi gəlirlərinin hesablanması zamanı neftin ixrac qiymətini ilkin variantda 45 ABŞ dolları səviyyəsində qəbul edilib.
SOCAR rəsmisi İbrahim Əhmədov deyir ki, bir neçə il əvvəl neftin qiyməti 30 dollar həddinə düşdükdə əksər təhlilçilər neftin qiymətinin yalnız 50-60 dollar həddində olacağını proqnozlaşdırırdılar. Zamanla bu gözləntilər öz təsdiqini tapmadı və son ayların dinamikasına nəzər saldıqda neft qiymətlərinin qalxması gözlənilən idi.
SOCAR rəsmisi qeyd edir ki, neftin qiymətinin artması əsas ixrac məhsulu xam neft, qaz və neft məhsulları olan Azərbaycan büdcəsinin gəlirlərinə təsir edir.
Qeyd edək ki, "Azeri Light"ın bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma çataraq 149,66 dollar olub.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26