Interposta.Info

İranda baş verən terror aktının neftin qiymətinə təsiri necə olacaq? —

İqtisadiyyat
 7-06-2017, 18:25     516

İran parlamentində və Xomeyninin məqbərəsində terror aktları törədilib.

Baş verən terror aktının dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyəcəyi iddia edilir.

interposta.info xəbər verir ki, bununla bağlı iqtisadçı ekspertlər Vahid Əhmədov və Qubad İbadoğlu "Ölkə.Az"-a danışıblar:

Millət vəkili Vahid Əhmədov: "İran dövləti uzun müddət idi ki, sanksiyalara məruz qalmışdı. 6 ay öncə neft sanksiyası aradan qaldırıldı, İran neft ixrac etməyə başladı. İranın müəyyən qədər dünya bazarındakı neftin qiymətinə təsir etmək imkanı oldu. İran neft ixrac edən ölkə olduğu üçün həm müəyyən qədər gəlir götürdü, həm də neftin qiymətinə öz təsirini göstərdi.
İranda baş verən terror aktının neftin qiymətinə təsiri necə olacaq? —


Terror dünyanın ən qlobal problemlərindən biridir. Xüsusilə neft ixrac edən ölkələrdə çox ciddi terror hadisələri baş verir. Terroru kimin öz üzərinə götürməsindən asılı olmayaraq istənilən neft ölkəsində hər hansısa bu tipli hadisələr baş verirsə, bu dünya bazarında neftin qiymətinə müəyyən təsirini göstərir. Ola bilər ki, İranda neftin ixracında azalma, müəyyən problemlər yaransın. Baş verən hadisə neftin dünya bazarındakı qiymətinə təsir edəcək. Terror aktı parlamentin qarşısında baş verib, neft ixrac edilən yerlərdə, boruların üzərində terror aktı baş versəydi bu çox ciddi problemlər yaradardı.

Neftin qiymətinə əsas təsir edən amillərdən biri də təlabatın artmasıdır. Bununla bərabər ABŞ neftinin dünya bazarına çıxarılmasıdır. 2016-cı ildə neftin qiymətinə iki əsas amil təsir etdi - birincisi İran, ikincisi isə ABŞ neftinin dünya bazarına çıxarılması. Bu iki amil neftin dünya bazarındakı qiymətinə çox ciddi təsir etdi.

İran bizə qonşu dövlətdir. İranda baş verən istənilən hadisə bizim üçün yaxşı deyil. Orada 30 milyondan çox həmvətənlimiz yaşayır".

ADR hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu: "Baş verən terror aktının neftin dünya bazarındakı qiymətinə təsiri qısa müddətli olacaqdır. Dayanıqlı təsirdən söhbət belə gedə bilməz. Baş verən terror aktları ola bilsin ki, qiymətlərə təsir göstərsin, ancaq sonradan qiymətlər yenə həminki səviyyəsinə gəlib çatacaq".
İranda baş verən terror aktının neftin qiymətinə təsiri necə olacaq? —


interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26