Interposta.Info

“Tramp Suriyada Putinin planına qarşı çıxmalıdır” -

Siyasət
 17-05-2017, 12:07     388

“Putinin Suriyada əldə etmək istədiyi razılaşma ABŞ-ın dostlarını deyil, düşmənlərini gücləndirəcək”

“Donald Trampın ABŞ-ın Yaxın Şərqdə nüfuzunu bərpa etmək cəhdləri uğursuzluqla bitib”.

Musavat.com xəbər verir ki, The New York Times qəzetində Council on Foreign Relations analitik mərkəzinin əməkdaşı, vaxtilə keçmiş SSRİ ərazisində də fəaliyyət göstərmiş Stiven Sestanoviçin məqaləsi bu cümlə ilə başlayır.

Müəllifin fikrincə, əgər Putinin de-eskalasiya planı qəbul edilsə, bu İranın regionda rolunun artmasına və Bəşər Əsəd rejiminin daha da möhkəmlənməsinə gətirib çıxaracaq:

“Bu isə ABŞ-ın, rəsmilərin ifadə etdiyi kimi, ən çox qaçmaq istədiyi məsələdir. Bu plan həmçinin Suriyada de-eskalasiya zonalarında ABŞ təyyarələrinin uçmasının qadağan olunması anlamına gələcək. Bununla Rusiya Vaşinqtonda bölgənin əsl yiyəsinin kim olduğunu açıq şəkildə nümayiş etdirəcək".
“Tramp Suriyada Putinin planına qarşı çıxmalıdır” -


Müəllif Trampın Suriya planının müvəffəqiyyətsizliyə düçar olacağının 4 səbəbini açıqlayır:

1. ABŞ-ın Suriyaya endirdiyi hava zərbələri kifayət qədər güclü olmayıb. Sestanoviçin fikrincə, ABŞ-ın son hücumu nəticəsində Suriya aviasiyasının sadəcə 20%-i məhv edilib. Əgər Əsəd rejiminə məxsus hava qüvvələrinin 60%-i yox eidlsəydi, o zaman situasiya tamamilə başqa rəng alardı.
2. Tramp Suriyaya zərbə endirdikdən sonra Putinin planına dəstək verməklə böyük tələskənliyə yol verib. Bu, Putinin ona təsir göstərməsi üçün əlavə rıçaqlar bəxş edib. “Tez nəticə əldə etmək cəhdi müvəffəqiyyətsizliyə doğru atılan ilk addımdır”, - müəllif yazır.
3. Tramp ABŞ-ın Yaxın Şərqdəki dostları ilə münasibətləri düzəltmək istəyir. Lakin o müttəfiqlərinin əsl qayğılarının nədən ibarət olduğuna deyil, yalnız şəxsi görüşlər atmosferinə köklənib.
4. Trampın Əsədin hakimiyyətdən getməsi ilə bağlı ziddiyyətli mövqeyi sonuncunun daha da güclənməsinə yol açıb. “Donald Tramp bunu “proqnozlaşdırıla bilməyən strategiya” adlandırır. Lakin digər dövlətlər bu cür “strategiya”nı ABŞ prezidentinin ağılsız güzəştlərə getməyə hazır olması kimi başa düşsələr, onlar bundan Vaşinqtona meydan oxumaq üçün istifadə edə bilərlər”, -müəllif yazır.

“Əgər Tramp Rusiya ilə yaxınlaşmaq ideyasını yenidən dirçəltmək istəsə yuxarıda söylənilənlərən dərs çıxarmalıdır”, - Sestanoviç qeyd edir.

Sestanoviç Trampa öz daşınmaz əmlak biznesi ilə xarici siyasət arasında paralellik aparmağı tövsiyyə edir.

“Məsələn, uzun illər boyu Trampın şirkəti Moskvada bir dənə olsun böyük otel tikə bilməyib. Çünki rusiylalılar daha çox pay almaq həvəsindədirlər və heç kim ona real və cəzbedici təklif etməyib".

Bu bugünkü vəziyyət üçün əsl dərs olmalıdıır. Putinin Suriyada əldə etmək istədiyi razılaşma ABŞ-ın dostlarını deyil, düşmənlərini gücləndirəcək. Prezident mütləq bu sazişdən qaçmalıdır”, - müəllif belə bir nəticəyə gəlib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26