Interposta.Info

Tramp açıq şəkildə elan etdi:

Dünya
 9-04-2018, 23:25     10 450

ABŞ prezidenti Donald Tramp hərbçilərlə görüşərək 24-48 saat içində böyük bir qərar verəcək.

"XeberBiz" bildirir ki, Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ prezidentinin özü bildirib.

"Suriyadakı qorxunc hücumu pisləyirəm. Hərbi liderlərlə Suriyadakı vəziyyəti dəyərləndiririk. 24-48 saat içində böyük bir qərar verəcəyik”, - Tramp deyib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Suriyada 78 nəfərin kimyəvi silah hücumu nəticəsində həyatını itirməsindən sonra Dəməşqi təhdid etmiş, bu hücumun Bəşər Əsəd üçün baha başa gələcəyini söyləmişdi.

Ötən həftə ABŞ prezidenti Suriya ordusundan Duma şəhərinin mühasirəsini dayandırmağı tələb edib. Rusiya və İranın Bəşər Əsədə dəstək verdiyini vurğulayan Tramp Suriya liderini "heyvan” adlandırıb.

ABŞ-ın müdafiə naziri Ceyms Mettis bu gün bildirib ki, Suriyada hökumət güclərinə qarşı zərbələr istisna edilmir. Onun hərbi müdaxilələrə qarşı çıxmayan bir nazir kimi tanınmasını nəzərə alsaq, bəyanatın arxasında ciddi planların dayandığını demək olar.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26