Interposta.Info

Tramp Rusiya obyektlərini məhv etməkdə israrlı imiş – Şok detal

Dünya
 16-04-2018, 10:08     10 431

ABŞ, Fransa və Britaniyanın ortaq Suriya əməliyyatının daha bir maraqlı detalı ortaya çıxıb.

Axar.az “Vol Strit Jurnal”a istinadən xəbər verir ki, əməliyyat başlamazdan əvvəl ABŞ Prezidenti Donald Tramp generalları ilə fikir ayrılığı yaşayıb. Belə ki, prezident Suriyadakı bütün Rusiya və İran obyektlərinin bombardman edilməsini istəyib. Trampın bu qərarına qarşı ABŞ Müdafiə naziri Ceyms Mettis etiraz edib.

Mettis Ağ Ev üç əməliyyat variantı təklif edib: Birinci varianta əsasən, Suriyadakı kimyəvi silahlara aid olan obyektlər bombardman edilməli idi. İkinci variantında daha geniş hədəflərə yer verilib. Belə ki, Mettis kimyəvi silahlara aid olan obyektlərlə bərabər, tədqiqat və hərbi komandanlıq mərkəzlərinin vurulmasını istəyib.

Mettisin təqdim etdiyi üçüncü variantda isə Rusiyanın Suriyadakı hava hücumundan müdafiə sistemlərini yox etmək təklif edilib. Son variant Suriya Prezidenti Bəşər Əsədin siyasi mexanizmlərinə toxunmadan onun hərbi potensialına zərbə vurmaq üçün hazırlanıb.

Tramp Rusiya və İran obyektlərinə zərbə etmək üzərində israr edib. Lakin Mettis buna qarşı çıxıb. Nəticədə Tramp hibrid planı təsdiq edib.

Qeyd edək ki, ABŞ, Britaniya və Fransa aprelin 14-də Suriyanın hərbi obyektlərinə zərbə endirib. Hücum zamanı Suriyaya 105 raket atılıb. ABŞ bu raketlərin hamısının hədəfə dəydiyini desə də, Rusiya Müdafiə Nazirliyi 103 raket atıldığını və onlardan 71-nin Suriya HHM qüvvələri tərəfindən məhv edildiyini bildirib.

interposta.info

Tramp Rusiya obyektlərini məhv etməkdə israrlı imiş – Şok detal

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26