Interposta.Info

Mettis getdi, Rusiya güclənir, Türkiyə isə məhv edir – ABŞ KİV

Dünya
 20-12-2018, 10:54     10 332

ABŞ Prezidenti Donald Trampın ordunu Suriyadan çıxarmaq qərarı ölkə mətbuatı və siyasi dairələrində geniş rezonans doğurub.

Prezidentin qərarını geniş şəkildə işıqlandıran CNN kanalı Trampın qərar qəbul edərkən milli təhlükəsizlik və hərbi müşavirlərinin tövsiyələrinə məhəl qoymadığını yazıb.

“Nyu York Tayms” qəzeti Trampın Suriyadan çıxmaq qərarının Rusiya və İranın bölgədə güclənməsinə səbəb olacağını qeyd edib.

Qərarın ABŞ-ın Yaxın Şərqdəki mövqeyi və siyasətini ani bir şəkildə dəyişdiyini yazan “Vol Strit Jurnal” nəşri ABŞ ordusu Suriyanı tərk edəcəyi halda buradakı ortağı YPG-PKK qruplaşmasının Türkiyənin əməliyyatları zamanı təhlükədə olacağını bildirib.

“Vaşinqton Post” isə hərbi mənbələrə istinadla yaydığı xəbərdə ABŞ Müdafiə naziri Ceyms Mettisin Suriyada ən azı kiçik bir dəstə saxlanılması barədə tövsiyəsinə baxmayaraq, Trampın belə bir qərarı qəbul etdiyini və Mettisin vəzifəsindən ayrıla biləcəyini iddia edib./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26