Pentaqon rəhbəri:

Türkiyənin baş naziri Binali Yıldırım və ABŞ müdafiə naziri Ceyms Mettis arasında görüş keçirilib
APA-nın "Hürriyet"ə istinadən verdiyi məlumata görə, tərəflər Somali ilə bağlı beynəlxalq konfransın keçirildiyi Londonda bir araya gəlib. Görüş 30 dəqiqə davam edib və mətbuata qapalı olub.
Pentaqonun rəsmi açıqlamasında bildirilir ki, C. Mettis B. Yıldırıma ABŞ-ın NATO üzrə müttəfiqi Türkiyəni qorumaqda qərarlı olduğunu təkrarlayıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Suriyadakı kürd qruplaşması YPG-nin silahlandırılması barədə əmr imzalayıb. Bu məsələ Türkiyənin ciddi narazılığına səbəb olub. Çünki Türkiyə YPG-ni terror təşkilatı sayır.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26