Interposta.Info

Bu şəxs ABŞ-ın müdafiə naziri oldu –

Dünya
 21-01-2017, 10:43     617

Bu şəxs ABŞ-ın müdafiə naziri oldu –
ABŞ Prezidenti Donald Tramp bir neçə vacib fərman imzalayıb.

Axar.az xəbər verir ki, Tramp general Ceyms Mettisi ABŞ-ın Müdafiə naziri təyin edib.

ABŞ Konqresi artıq C.Mettisin Pentaqon rəhbəri postuna namizədliyini dəstəkləyib, Senat isə Ceyms Mettisi ABŞ-ın müdafiə naziri vəzifəsinə təsdiq edib.

Xatırladaq ki, Ceyms Mettisin 66 yaşı var. O, 1991-ci ildə Fars körfəzində, daha sonra Əfqanıstanda, 2003-cü ildə isə İraqda əməliyyatlarda diviziya komandanı olub. Onun son xidmət yeri ABŞ-ın Yaxın Şərq və Mərkəzi Asiya üzrə mərkəzi komandanlığı olub. O, bu postda 2010-2013-cü illərdə çalışıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26