Interposta.Info

Lavrovun Vaşinqton görüşündə Qarabağ... -

Siyasət
 12-05-2017, 15:15     635

Rusiya Xarici İşlər naziri Sergey Lavrovla Vaşinqtonda görüş Moskvaya özünü yaxşı apardığına görə verilən mükafat deyil, əksinə, Yaxın Şərq, Koreya yarımadasındakı böhranlar və Ukrayna, həmçinin Qarabağda olan toqquşmalardan doğan zərurətdir.

Axar.az xəbər verir ki, bu sözlər “National İnterest” (Nəşonal İnterest) qəzetinin redaktoru Nikolas Qvozdevin məqaləsində yer alıb. Qvozdev görüşün səbəblərinə diqqəti yönəltmək əvəzinə ABŞ siyasi elitasının Trampın Kremlin oyuncağı olması və Trampın Rusiyanı XİN rəhbərinin səfəri ilə mükaflandırması məsələlərini müzakirə etdiyini vurğulayıb:

“Son həftələr ərzində Putin Almaniya kansleri Angela Merkel, Yaponiya Baş naziri Sindzo Abe, Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanla vacib görüşlər keçirir. Üstəlik, Rusiya rəhbərliyi ilə Suriyada təhlükəsiz zonaların yaradılması planı reallaşdırılmağa başlanıb. Həmçinin Cənubi Koreyada yeni prezident seçilib və mümkündür ki, Seul Moskvaya Pxenyanla probleminin həlli üçün müraciət etsin. Ukraynada isə situasiya qeyri-stabil qalmaqda davam edir, eləcə də Dağlıq Qarabağda azərbaycanlılarla ermənilər arasında daha bir gərginlik perspektivi var.

Lavrov Vaşinqtona Tillersona Moskvada deyilənləri mesaj kimi gətirib. Rusiyanın qatıldığı bütün konfliktlər və böhranlarda Kreml ABŞ-la əməkdaşlıq etməyə hazırdır, lakin Moskvanın burada üstünlüyü əldən verməsindən söhbət belə gedə bilməz. Rusiya ilə istənilən əməkdaşlıq Amerikanın kompromisə getməsinə hazır olmasından asılıdır. Lakin Vaşinqtondakı indiki atmosferdə Rusiya-Amerika münasibətlərinin normallaşmasını müzakirə etmək çətindir.

Bəs Lavrov Putinə nə deyəcək? O, ABŞ prezidenti ilə görüşdən sonra Trampa zaman verilməsinimi, yoxsa ABŞ-la münasibətlərin düzəlməsinin mümkün olmayacağınımı deyəcək? Yaxud Rusiyanın Yaxın Şərq, Şərqi Avropada öz xəttini gücləndirməsinin vacibliyində israr edəcək?”

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26