Interposta.Info

Putinlə Merkel Qarabağdakı vəziyyəti müzakirə edib

Siyasət
 7-12-2020, 16:44     476

Dekabrın 7-də Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Məlumatı Kremlin Mətbuat xidməti yayıb.

İki ölkənin liderləri Dağlıq Qarabağdakı müharibədən zərərçəkən sakinlərin probleminin həllinin vacibliyini vurğulayıblar. Onlar hərbi əməliyyatların dayandırılması üçün Rusiyanın göstərdiyi səyi və sülhməramlılarının Qarabağdakı fəaliyyətini də müzakirə ediblər.

V.Putin və A.Merkel humanitar mərkəzin işinə beynəlxalq mütəxəssislərin cəlb edilməsinin vacibliyini də qeyd ediblər./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26