Interposta.Info

Putin, Merkel və Olland razılığa gəldi

Dünya
 4-04-2017, 22:19     555

Rusiya lideri Vladimir Putin, Fransa Prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel arasında üçtərəfli telefon danışığı baş tutub.

Danışıq zamanı tərəflər terrorizmlə mübarizə sahəsində kəşfiyyat qurumları vasitəsilə məlumat mübadiləsinin həyata keçirilməsi barədə razılığa gəliblər.

Eyni zamanda beynəlxalq aləmə təhdid yaradan terrora qarşı mübarizə aparmaq üçün əməkdaşlığın artırılmasının da önəmi vurğulanıb.

Bundan əlavə, liderlər Ukraynanın şərqindəki vəziyyəti də müzakirə ediblər.

Putin Minsk razılaşmasında yer alan müddəaların tez bir zamanda yerinə yetirilməsi üçün fəaliyyətin sürətləndirilməsinin vacibliyini vurğulayıb.

Həmçinin Merkel və Olland Sankt-Peterburq şəhərində baş verən terakt səbəbilə Putinə başsağlığı veriblər./Axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26