Interposta.Info

İrəvanla danışıqlara son:

Siyasət
 5-04-2017, 07:24     728

Azərbaycan siyasi rəhbərliyi Ermənistanla danışıqlara son qoyub, bütün beynəlxalq təşkilatları məlumatlandıraraq, müharibə əməliyyatlarına başlamalıdır.

Axar.az xəbər verir ki, bu sözləri BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib. O bildirib ki, BAXCP Ermənistanla danışıqları hər zaman vaxt itkisi hesab edib.

“Danışıqlar yalnız Rusiya ilə aparılmalıdır. Rusiyanın maraqlarının nədən ibarət olduğunu bilməliyik. Rusiyanın Azərbaycanda maraqlarını nəzərdə keçirməliyik. Bu maraqlar, Azərbaycanın suverenliyinə, müstəqliyinə heç bir təsir etmirsə, Rusiyanın iqtisadi maraqlarına cavab verirsə, buna Qarabağ naminə getmək olar. Bütün beynəlxalq qurumlar da çox yaxşı bilir və bəyan edir ki, Qarabağ konfliktinin həllində Rusiya ilə razılaşmalısınız. Hətta bizim liderimiz Qüdrət Həsənquliyev açıq şəkildə bəyan etmişdi ki, Rusiyanın Azərbaycanda Qəbələ RLS nümunəsində hansısa bir hərbi bazasının olmasına razı ola bilərik. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın müstəqliyinə hər hansı bir təhlükə olmadığı təqdirdə”, - Orduxanlı bildirib.

Partiya funksioneri ABŞ hərbi bazasının İncirlikdə yerləşməsini misal gətirərək, bir dövlətin ərazisində digər dövlətin hərbi bazasının olmasının heç də həmişə müstəqilliyə təhdid yaratmadığını vurğulayıb.

Ermənistanda keçirilən son parlament seçkilərinin total saxtakarlıqla yadda qaldığını xatırladan N.Orduxanlı Qərbin bu seçkilərə münasibətdə susqun mövqeyini tənqid edib:

“Ermənistan mətbuatında yayılan xəbərlərdən və seçki məntəqələrində görüntülü kameralardan müşahidə etmək olurdu ki, seçki necə qanun pozuntuları ilə aparılır. Bütün dünya Sərksiyanın özünün səsvermə məntəqəsində hansı vəziyyətə düşdüyünün və biabır olduğunun şahidi oldu. Diqqət çəkən məqam odur ki, seçkini müşahidə edən beynəlxalq təşkilatlar hələ də Ermənistanda baş vermiş seçki saxtalaşdırılmasına münasibət bildirməyib. Bu isə sözün bütün mənalarında absurddur. Nəzərə almaq lazımdır ki, ümumilikdə seçicilər təxminən 2000 məntəqə üzrə səs verib. 2 min məntəqədə 1900-dən çox qanun pozuntusu və saxtalaşdırma faktı həddən artıq böyük rəqəmdir. Bu, bütövlükdə seçkinin saxtalaşdırılması deməkdir. Belədə Qərb təşkilatlarının mövqeyi və indiyədək ciddi reaksiya verməməsinin anoloqu yoxdur. Bir daha təsdiqlənir ki, Qərbdə qanunların aliliyi, insan hüquqları və demokratiya prinsipləri deyil, ikili standartlar “prinsipi” formalaşıb”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26