Interposta.Info

Moskvanın

Gündəm
 7-02-2017, 11:55     606

Moskvanın

Çox istərdik ki, Rusiya yenidən danışıqlara qayıtmaqla yanaşı, Ermənistanın işğalçılıq siyasətinə son qoymaq üçün də ciddi addımlar ataydı.

interposta.info xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, Rusiyanın Qarabağ prosesi ilə bağlı fəallaşması Ermənistanın sürətlə zəifləməsindən irəli gəlir:

“Ermənistanın Azərbaycanın ərazi bütövlüyün tanımaması beynəlxalq hüquq normalarına zidd siyasətdir, bu, onun təcrid olunması, bir dövlət kimi dünya xəritəsindən silinmə təhlükəsi ilə üz-üzə qalmasıdır. Bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpası təkcə ölkəmizin hüquqlarının tanınması deyil, eyni zamanda, Ermənistanın dünyada mövcud olmasının ən vacib şərtidir. Görünür, Rusiya siyasi elitası artıq məhz bu baxımdan Ermənistanın müəyyən güzəştlərə getməsinin və əsasən danışıqlara üstünlük verməsinin vacibliyini önə çəkir”.

Danışıqların perspektivlərinə gəlincə, millət vəkili bildirib ki, Ermənistan danışıqlardan özünün “sülhməramlı” obrazını yaratmaq üçün istifadə edir:

“Bu gün İrəvan danışıqlarda birmənalı olaraq qeyri-konstruktivdir. Azərbaycan Rusiyanın yenidən danışıqlara qayıtmaqla bağlı təklifinə hörmətlə yanaşır, ancaq danışıqlar xətrinə danışıqlar keçiriləcəksə, inanmıram ki, Azərbaycan belə görüşlərə razılıq versin”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26