Interposta.Info

Bir yol var: erməni ordusunu darmadağın etmək...Millət vəkili

Siyasət
 7-10-2017, 11:17     9 795

Dağlıq Qarabağı Azərbaycan Ordusunun gücü hesabına işğaldan azad etmək məcburiyyətindəyik və bunu edəcəyik.

"XeberBiz" xəbər verir ki, bu sözləri Axar.az-a Ermənistanın yenidən danışıqlar prosesinə qayıtmasını dəyərləndirən millət vəkili Elman Məmmədov deyib. O, hesab edir ki, Dağlıq Qarabağ məsələsi üzrə danışıqlar siyasi cəhətdən yetkin, beynəlxalq hüququn normalarına əməl edən insanlarla aparılmalıdır:

“Sərkisyanın isə diplomatiyadan başı çıxmır. Belə bir şəxslə danışıq aparmaq çox çətindir və sadəcə vaxt itkisidir. Cinayətkar aləmin qanunları ilə idarə olunan bir dövlətdən konstruktiv mövqe gözləmək çox çətin məsələdir. Sərkisyan çox yaxşı başa düşür ki, Qarabağ məsələsinin ədalətli həlli onun və komandasının siyasi məhvi deməkdir. Bu baxımdan da Ermənistanın yenidən danışıqlara qayıtması heç bir fayda verməyəcək. Belə anormal vəziyyətdə qanunsuzluğa yol vermiş və cinayətlər törətmiş insanlarla aparılan danışıqların müsbət nəticəsinin olacağına inanmıram”.

Millət vəkili bildirib ki, Dağlıq Qarabağ məsələsi yalnız hərbi yolla həll edilə bilər:

“Beynəlxalq qurumların və vasitəçi dövlətlərin ədalətli mövqe tutaraq işğalçını torpaqlarımızdan çıxmağa məcbur etmələrini gözləsək də, bu, baş vermir. Bu vaxt ərzində cinayətkarlara qarşı beynəlxalq qurumlar tərəfindən heç bir sanksiya tətbiq olunmayıb. Təbii ki, müharibəni yaşamış bir xalq kimi hərbi variantın tərəfdarı deyilik. Biz yenidən qan tökülməsini istəmirik və sülhün tərəfdarıyıq. Ancaq torpaq üçün müharibə müqəddəs bir işdir. Bir millət vəkili və torpaqları işğal altında olan məcburi köçkün kimi yeganə çıxış yolunu hərbi yolda görürəm. Bu hərbi güc isə Azərbaycanda var və Ermənistan kimi cırtdan dövləti çox vaxt itirmədən darmadağın etməyə yetər. Dağlıq Qarabağı Azərbaycan Ordusunun gücü hesabına işğaldan azad etmək məcburiyyətindəyik və bunu edəcəyik”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26