Interposta.Info

Rusiyanın ümidləri öldü:

Dünya
 4-02-2017, 18:52     1 048

Rusiyanın ümidləri öldü:

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli Krımın Ukrayna ərazisi olduğunu deməklə Vaşinqtonun rəsmi mövqeyini ifadə edib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser söyləyib:

“Məncə, Xeyli açıq şəkildə bizim Rusiyanın Krımı işğal etməsindən yaranan narahatlığımızı çox yaxşı ifadə edib. O, bu barədə konkret cavab səsləndirib”.

Qeyd edək ki, seçkiqabağı təşviqat kampaniyası zamanı Donald Tramp Krımı Rusiya ərazisi kimi tanıyacağını bəyan etmişdi. Bu, Kiyevin kəskin etirazına səbəb olmuşdu.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26